Ziraat Bank Azərbaycan Google PayTM xidmətini Mastercard istifadəçiləri üçün də əlçatan etdi

Bankımız Google PayTM xidmətini  Mastercard istifadəçiləri üçün aktiv etdi. Qeyd edək ki, daha öncə bu xidmət VİSA kart sahibləri üçün aktiv edilmişdir. Artıq müştərilərimiz Bankımıza məxsus istənilən kartı Google WalletTM-ə əlavə etməklə rəqəmsal ödəniş sistemini dəstəkləyən Android və WearOS əməliyyat sistemli cihazları ilə bu xidmətin üstünlüklərindən yararlana biləcəklər.
Qeyd edək ki, Google PayTM  ticarət və xidmət obyektlərində, onlayn platformalarda sürətli və rahat ödəniş imkanı yaradan kartsız ödəniş üsuludur. Xidməti kartlarda aktivləşdirmək çox asandır. Bunun üçün ağıllı telefona Google Wallet™ tətbiqinin yüklənməsi, tətbiqdəki addımların izlənməsi ilə banka məxsus ödəniş kartların əlavə edilməsi və əsas ödəmə mənbəyi kimi seçilməsi kifayətdir. Kart tətbiqə əlavə edildiyi andan etibarən ödəniş ağıllı telefon və ya ağıllı saat ilə asanlıqla icra edilə bilər.
Bankımıza məxsus ödəniş kartı olmayan şəxslər, aşağıdakı link vasitəsi ilə kart sifarişlərini onlayn olaraq icra edə bilərlər. Link:  https://ziraatbank.az/az/onlayn-bank-kart-sifarisi. Qeyd edək ki, kart sifarişini həmçinin istənilən filialımıza tək şəxsiyyət vəsiqəsi ilə yaxınlaşaraq da icra etmək mümkündür. Ödəniş kartlarımız AZN , TRY, USD və EUR valyutalarında təqdim edilir.
Bankımızın təqdim etdiyi məhsul və xidmətlər haqqında daha ətraflı məlumatı, Bankımızın FacebookInstagramTwitterLinkedin sosial media hesablarından və ya *9229 qısa nömrəsinə zəng edərək əldə edə bilərsiniz.