Ziraat Bank Azərbaycan müştərilərinin etimadını qazanmağa davam edir.

Ziraat Bank Azərbaycan müştərilərinin etimadını qazanmağa davam edir. 

2022-ci ilin I rübünə dair maliyyə hesabatları saytımızda yerləşdirilib. Hesabata əsasən kredit portfelində və cəlb edilmiş əmanətlərdə  əhəmiyyətli  artım müşahidə edilmişdir.

Ötən ilin sonu ilə müqayisədə kredit portfelində 14.45%, əmanət portfelində isə 17.93% artım müşahidə edilmişdir.

Bankın aktivləri də ötən ilin sonu ilə müqayisədə 15.8% artaraq 449 mln 370 min manata yüksəlmiş,  cəmi kapitalı isə ötən ilin sonundan 19 mln manat artaraq 101 mln manatı keçmişdir.

Maliyyə nəticələrinə əsasən xalis mənfəət ötən ilin sonu ilə müqayisədə 4 dəfə artaraq 2 mln manatı keçmişdir.   

Təqdim etdiyimiz məhsul və xidmətlər haqqında daha ətraflı məlumatı, Bankın Facebook, Instagram, Twitter, Linkedin  sosial media hesablarından və ya *9229 qısa nömrəsinə zəng edərək əldə edə bilərsiniz.