Ziraat Bank Azərbaycan Sahibkarlığın İnkişafı Fondunun vəsaitləri hesabına rəsmiləşdirilən kreditlərin məbləğinə görə ən çox kredit verən bankların siyahısındadır.
Hər zaman real sektorun inkişafına böyük önəm verən Ziraat Bank Azərbaycan 2021-ci il 1 yanvar-1 oktyabr tarixləri üzrə Sahibkarlığın İnkişafı fondunun xətti ilə müştərilərə təqdim edilən kreditlərin məbləğinə görə banklar arasında 3-cü olub.
Sahibkarlığın İnkişafı Fondu tərəfindən paylaşılan məlumata əsasən Ziraat Bank Azərbaycan 2021-ci ilin əvvəlindən oktyabr ayının 1-dək toplam olaraq 8 milyon 450 min manat kredit sahibkarlara təqdim etmişdir.
Qeyd edək ki, Ziraat Bank Azərbaycan Sahibkarlığın İnkişafı Fondu ilə 2018-ci ildən etibarən əməkdaşlıq edir. Əməkdaşlıq dövrü ərzində bank tərəfindən fondun xətti ilə 25 milyon manatdan artıq məbləğdə sahibkarlara kredit təqdim edilmişdir.
Ziraat Bank Azərbaycan Sahibkarlığın İnkişafı Fondu ilə əməkdaşlıq çərçivəsində pandemiyadan zərər çəkmiş sahibkarlara dövlət zəmanətli, güzəştli kreditlərin ayrılmasını hazırda da davam etdirir.
Bankın məhsul, xidmət və təklifləri haqqında ətraflı məlumatı həmçinin Facebook, Instagram, Twitter, Linkedin sosial media kanalları və ya *9229 qısa nömrəsinə zəng edərək əldə edə bilərsiniz.