Ziraat Bank Azərbaycandan Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100-cü il dönümü münasibətilə gələcəyin 1 000 000 ağacına dəstək!

 

 

 

Sosial iqtisadi inkişaf istiqamətində daim fəal iştirak edərək, gələcək nəsillərə yaşanılabilən bir dünya bəxş etmək üçün  Müşfiqabad qəsəbəsində keçirilən Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr edilən ağacəkmə kampaniyasına qoşulduq. Sözügedən kampaniyada Bankın rəhbər heyəti və əməkdaşları iştirak etdi.

Qeyd edək ki, 15 Mart 2023-cü il tarixində həyata keçirilən ağacəkmə kampaniyası  Azərbaycan Respublikasının Mərkəzi Bankı, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, ABA, Azərbaycan Sığortaçılar Assosiasiyası, Azərbaycan Mikromaliyyə Assosiasiyası, Azərbaycan Fond Bazarı İştirakçıları Assosiasiyası və Azərbaycan Fintex Assosiasiyası arasında 13 mart 2023-cü il tarixində imzalanmış “Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100-cü il dönümü münasibəti ilə ağacəkmə tədbirləri üzrə əməkdaşlığa dair Anlaşma Memorandumu” çərçivəsində baş tutub. İmzalanan memorandum çərçivəsində Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100-cü il dönümü münasibətilə tərəflərin iştirakı ilə 2023-cü ildən başlayaraq 10 il ərzində hər il 100 000  ağac olmaqla, ümumilikdə 1 000 000 ağacın əkilməsi ilə əlaqədar müvafiq işlərin görülməsi nəzərdə tutulub.