İnternet Bankçılıq sistemimiz yeniləndi və inkişaf etdi !
“Ziraat Bank Azərbaycan” günümüzün tələblərini nəzərə alaraq, rəqəmsal bankçılığın inkişafını təchiz etmək, internet bankçılıqdan istifadə edən həm fiziki, həm də hüquqi müştərilərinin rahatlığını təmin etmək, banka gəlmədən daha çox əməliyyatların icrasını sürətli və rahat şəkildə həyata keçirmələri üçün sistemin interfeysini yenilədi və xidmət çeşidlərini artırdı.
İnternet Bankçılığın təkmilləşdirilməsi istiqamətində edilən yeniliklər, müştərilərin platformada mövcud olan pəncərələr və xidmət çeşidləri haqqında ətraflı məlumata sahib olmalarını təmin etmək üçün nəzərinizə çatdırılır:
• Hesablar: Cari Hesablar/ Əmanət Hesabları (Hesab hərəkətləri, Çıxarışların əldə edilməsi (Excell,PDF))
• Kartlar: Debit / Kredit (Əməliyyatlar, Statusun yenilənməsi, SMS bildiriş parametrləri, Kredit ödənişi, Ödəniş planı)
• Pul köçürmələri: Hesabdan Karta/Kartdan Hesaba, Kartdan karta (ölkə daxili, ölkə xarici), Bankdaxili Köçürmələr, Ölkədaxili Köçürmələr, Hesabdan/ Kartdan Valyuta köçürmələri (SWIFT), Valyuta köçürmələrinin izlənməsi, Gələcək tarixli əməliyyatlar, Qeyd edilmiş əməliyyatlar, Toplu Pul Köçürmələri
• Ödənişlər: HÖP, Vergi, Mobil, Telefon, Komunal, İnternet, Sığorta, Bank ödənişləri, Təhsil haqqı və s.
• Kredit Hesabları: Kreditlər, Ödənişlər, Ödəniş planı, Əməliyyat tarixi, Detalların izlənilməsi
• Valyuta: Valyuta Alışı/Satışı, Çarpaz valyuta, Valyuta kursları
• Sərəncamlar: Hesab üzrə sərəncamların əks etdirilməsi
• Sənədli Əməliyyatlar: Təminat məktublarının siyahısı
• POS əməliyyatları: Pos terminal üzrə hesab hərəkətlərinin təqib edilməsi və yüklənilməsi
• Korporativ: Əməliyyatların səlahiyyətli şəxs tərəfindən təsdiq edilməsi, izlənilməsi, səlahiyyətlərin verilməsi və s.
“Ziraat Bank Azərbaycan” müştərilərin istəklərini nəzərə alaraq xidmət və məhsullarının çeşidini artırmaqda və mövcud məhsulların inkişafını təmin etməkdə davam edir. Cari ildə bir çox yeni məhsul və xidmətləri müştərilərinin istifadəsinə təqdim edən bank, ilin sonuna qədər yeni Mobil Bankçılıq tətbiqini, həmçinin nağd və nağdsız elektron ödənişlərin təkmilləşdirilməsi məqsədi ilə yeni ödəmə platformalarına inteqrasiyasını da nəzərdə tutub.