Vəzifəyə olan tələblər:
- Maliyyə, iqtisadiyyat, riyaziyyat və ya əlaqəli sahə üzrə ali təhsil;
- Bank sektorunda risklərin idarə olunması sahəsində minimum 3 il iş təcrübəsi;
- Bazar riski və likvidlik riski sahəsində biliklər;
- Riyazi, statistik və makroiqtisadi biliklər;
- Stress testlərin həyata keçirilməsi;
- Yüksək səviyyədə excel bilikləri;
- SQL, Python və ya Power BI bilikləri üstünlük hesab olunur;
- Analitik düşünmə və hesabat hazırlama bacarığı;
- Kollektivlə işləmə bacarığı;
- Ünsiyyət və təqdimat bacarığı;
- Stresə davamlılıq;
- Azərbaycan dili (yüksək qrammatik yazı və redaktəetmə qabiliyyəti), İngilis dili (Türk dili və Rus dili arzu olunandır);
- FRM və ya CFA üzrə hazırlıq keçən və ya sertifikata malik olması;
- Xəzinədarlıq məhsulları və maliyyə bazarları üzrə təcrübənin olması;
- Risk modelləşdirilməsi və avtomatlaşdırma üzrə təcrübənin olması.
Əsas vəzifələr:
- Bazar risklərinin idarə edilməsi istiqamətində fəaliyyət göstərmək;
- Bazar riskləri üzrə gündəlik nəzarətin aparılması;
- Açıq valyuta mövqeyi (AVM), duration, repricing gap, EVE və digər bazar riski göstəricilərinin hesablanması və təhlili;
- Stress-test və ssenari analizlərinin hazırlanması;
- Limitlərə nəzarət və limit pozuntularının monitorinqi;
- Ölkə və dünya üzrə maliyyə bazarlarında və iqtisadiyyatda baş verən hadisələrin izlənməsi, təhlil edilməsi və hesabatlığın hazırlanması;
- Xəzinədarlıq və digər struktur bölmələri ilə koordinasiyalı işin aparılması;
- Mərkəzi Bank və Bank daxili tələblərinə uyğun hesabatların hazırlanması;
- Metodologiyaların hazırlanmasında iştirak;
- Risk hesabatlarının avtomatlaşdırılması və inkişaf etdirilməsi;
- Rəhbərlik və komitələr (APİK və RİK) üçün hesabat, təqdimat və analitik materialların hazırlanması.
Göstərilən tələblərə cavab verən namizədlər 30 İyuna qədər öz CV formalarını cv@ziraatbank.az elektron ünvanına təqdim etməlidirlər. Müraciət məktubunun mövzu hissəsində “Bazar Riskləri” qeyd edilməsi vacibdir.Vəzifə iş təcrübəsindən asılı olaraq təklif olunacaqdır.
İşəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.
01.06.2026