Əsas vəzifələr
1. Risklərin İdarə edilməsi komitəsi
Komitə üzrə vəzifələr:
- Risklərin idarə edilməsi strategiyasına, siyasətinə və qaydalarına, habelə onlara dəyişikliklərə baxmaq və təsdiq olunmaq üçün Müşahidə Şurasına təqdim etmək;
- Risk limitlərinə baxmaq və təsdiq olunmaq üçün Müşahidə Şurasına təqdim etmək;
- Risklərin müəyyənləşdirilməsi və qiymətləndirilməsi üzrə müvafiq metod və alətlərin seçilməsi və onların həyata keçirilməsi tezliyini müəyyən etmək;
- Bankın məruz qaldığı risklərin vəziyyəti və risklərin idarə edilməsi sisteminin effektivliyi barədə hesabat hazırlamaq və Müşahidə Şurasına təqdim etmək;
- Bank üzərinə götürdüyü risklərin Bankın risklərin idarə edilməsi strategiyasına uyğunluğunun monitorinqini aparmaq;
- Risklərin idarə edilməsi sisteminin təkmilləşdirilməsi ilə bağlı Müşahidə Şurasına təkliflər təqdim etmək;
- Risklərin idarə edilməsi bölməsinin işini qiymətləndirmək və qiymətləndirmənin nəticələri barədə Müşahidə Şurası və İdarə Heyətini məlumatlandırmaq;
- Risklərin idarə edilməsi funksiyasını həyata keçirən struktur bölmələrin və bankdaxili digər komitələrin səlahiyyətləri ilə bağlı Müşahidə Şurasına təkliflər vermək;
- İdarə Heyəti ilə birgə fövqəladə hallar planına baxmaq və Müşahidə Şurasına təqdim etmək;
- Risklərin idarə edilməsi bölməsinin rəhbərinin vəzifəyə təyin olunmasına dair Müşahidə Şurasına təqdimat vermək;
- Qanunvericilikdə nəzərdə tutulan digər vəzifələri icra etmək.
2. Mükafatlandırma Komitəsi
Komitə üzrə vəzifələr:
- Bankın işçi heyəti üçün mükafatlandırma və motivasiya sxemlərinin prinsiplərinin, strategiyasının və zəruri tənzimləyən normativ sənədlərin nəzərdən keçirilməsi və rəyin verilməsi;
- Mükafatlandırma sistemini tənzimləyən normativ sənədlərin Bankın risklərin idarəedilməsi üzrə qaydaları ilə uyğunluğunun təmin edilməsi;
- İdarə Heyəti tərəfindən təqdim olunan Bankınişçilərin fəaliyyətinin dəyərləndirmə sisteminin, kadr seçiminin, kadrların saxlanılması və işdən azad edilməsini tənzimləyən normativ sənədlərin nəzərdən keçirilməsi və rəyin verilməsi;
- Bankın işçi heyəti üçün illik mükafatlandırmanın həcminin nəzərdən keçirilməsi və təkliflərinin Müşahidə Şurasınatəqdim edilməsi;
- Mükafatlandırma prosesinin müşahidə edilməsi, o cümlədən ən azı ildə bir dəfə Riskləri İdarəetmə Komitəsi ilə birgə mükafatlandırma sisteminin effektivliyinin qiymətləndirməsi;
- Bankın İnsan Resurslarının İdarəedilməsinin prioritet vəzifələrinin və idarəetmə orqanlarının mükafatlandırma siyasətinin həyata keçirilməsində İdarə Heyətinin üzvlərinin effektiv iştirakının təmin edilməsi.
3. Aktiv və Passivlərin İdarə Edilməsi komitəsi
- Strategiya və risklərin idarə edilməsi Komitəsinin tövsiyələri əsasında Müşahidə Şurası tərəfindən təsdiq edilmiş limit həddində bazar və valyutalar üzrə limitlər barədə qərarlar qəbul etmək;
- Komitənin səlahiyyətlərinə aid olan və ya ona həvalə olunmuş risklərin idarə edilməsi üçün müvafiq istiqamət və hədəflərlə bağlı qanunvericiliyə riayət edilməsini təmin etmək;
- Bankın nağd və nağdsız likvidlik vəziyyətini müntəzəm monitorinq etmək, bu istiqamətdə müvafiq limitləri təsdiqləmək;
- Faiz dərəcələrinə həssas aktiv və passivlərlə bağlı risklərin idarə olunması məqsədilə qərar qəbul etmək;
Qanunvericiliklə müəyyən edilmiş məlumatları Müşahidə Şurasının müzakirəsinə təqdim etmək.
4. Kiçik Kredit komitəsi
Komitə üzrə vəzifələr:
- Maliyyələşdirmə fəaliyətinin təhlükəsizliyinin və sabitliyinin davamlı təmini
- Maliyyə vəziyyətinə nəzarət
- Risklərin səmərəlişəkildə idarə olunması.
5. Böyük Kredit komitəsi
Komitə üzrə vəzifələr:
5.1 Komitənin məqsədi Bankın qəbul olunmuş kredit siyasətinə müvafiq olaraq, kredit risklərinin idarə edilməsi sahəsində Müşahidə Şurasına köməklik göstərməkdir.
Bu istiqamətdə Komitə aşağıdakı səlahiyyətlərə malikdir:
5.1.1 Bankın adından hüquqi şəxs və fərdi sahibkarlara dəyəri Müşahidə Şurası qərarı ilə müəyyən edilən məbləğədək kreditlərin verilməsi/kredit xətlərinin açılması, burada müəyyən olunmuş limitlərə riayət etmək şərti ilə, verilmiş kredit və ya açılmış kredit xətti limitinin artırılması, müddətinin uzadılması və digər şərtlərinin dəyişdirilməsi (kreditlərin restrukturizasiya məsələləri istisna olmaqla), belə kreditlər üzrə təminatın dəyişdirilməsi və azad edilməsinə dair qərarın qəbul edilməsi;
5.1.2 Bankın adından dəyəri Müşahidə Şurası qərarı ilə müəyyən edilən məbləğədək olan akkreditivlərin, qarantiyaların və kredit riski daşıyan digər balansarxası əməliyyatlar üzrə qərar verilməsi, qüvvədə olma müddətinin təyin edilməsi və uzadılması və burada müəyyən olunmuş limitlərə riayət etmək şərti ilə, digər şərtlərinin dəyişdirilməsi barədə qərar qəbul etmək;
5.1.3 Yuxarıda qeyd olunmuş 5.1.1 və 5.1.2-ci maddələrdə əksini tapan məsələlər üzrə limitlərin cəmi məbləği bir müştəri üzrə Müşahidə Şurası qərarı ilə müəyyən edilən limiti keçdiyi halda məsələyə (məsələlərə) ilkin rəy və təkliflərin verilməsi məqsədilə Komitə tərəfindən baxılır. Bu halda, məsələ Komitə tərəfindən baxıldıqdan, ilkin rəy və təkliflər verildikdən sonra Komitənin rəy və təklifləri ilə birgə Müşahidə Şurasının müzakirəsinə təqdim olunmalıdır;
5.1.4 Bankın kredit siyasətinə dair rəy və təklifləri Müşahidə Şurasına təqdim etmək;
5.1.5 Müşahidə Şurası tərəfindən Komitəyə təqdim edilmiş digər tapşırıqları yerinə yetirmək.
6. İnformasiya Texnologiyaları komitəsi
İT layihələrinin yaradılmasında icraçı, müşahidəçi və məsləhətçi kimi fəaliyyət göstərir, İT-nin istifadəsi və həyata keçirilməsi üçün İT planının hazırlanması, əhəmiyyətlilik kəsb edən cəhətlərin bankın ümumi strategiyasına əsasən müəyyənləşdirilmsini təmin edir, İT-larına aid olan kapital xərclərinə dair təkliflər verir, İT üzrə büdcənin icrasına nəzarət edir, Proqram təminatı və avadanlıqların əldə olunmasının əsaslandırılmasına nəzarət edir, İT planlarındakı irəliləyiş və dəyişiklikləri izləyir, Bank işçiləri arasında yüksək səviyyəli texmoloji səriştənin və standartların olmasını təmin edir, İT sahəsində tədqiqat və inkişaf işlərini dəstəkləyir, İT təhlükəsizlik məsələlərinə nəzarət edir, İnzibati texnoloji məsələlərə nəzarət edir, İT-lə əlaqədar fövqəladə hallardan çıxış yollarını planlaşdırır, İT məsələlərinin həlli ilə bağlı hər hansı qərar qəbul edilməzdən öncə İT üzrə tələblərin təhlilini aparır, Bankın idarəetmə informasiya texnologiyaları və digər avtomatlaşdırılmış sistemlərin mükəmməl qaydada təmin etmək üçün alternativləri dəyərləndirir.
Yenilənmə tarixi: 24.05.2019