Bankın buraxdığı səhmlər haqqında məlumat (növü, dövlət qeydiyyatı nömrəsi, nominal dəyəri, səhmdarların hüquqları)

Növü - adi, adlı, sənədsiz

Dövlət qeydiyyat nömrəsi -  AZ1001019608

Nominal dəyəri - 1000 manat

Səhmdarların hüquqları:

Bankın adi səhminin sahibi olan səhmdarları aşağıdakı hüquqlara malikdir:

  •      Səhmlərin özgəninkiləşdirilməsini qanunvericiliyə müvafiq qaydada həyata keçirmək;
  •      Bankın ləğvindən sonra qanunvericiliyə uyğun olaraq qalan əmlakın bir hissəsini almaq;
  •      Bankın idarəetmə orqanlarına seçmək və seçilmək;
  •      Bankın idarəetmə orqanları tərəfindən qəbul edilmiş qərarlardan məhkəməyə şikayət etmək;
  •      Bankdan, yaxud Bankın səhmdarlarının reyestrini aparan təşkilatdan özünün mülkiyyətində olan səhmlərə mülkiyyət hüququnu təsdiq edən sənədi tələb etmək və almaq;
  •      Qanunvericilikdə nəzərdə tutulmuş hal istisna olmaqla, Səhmdarların Ümumi Yığıncağında nizamnamə kapitalındakı paylarına mütənasib səs hüququ ilə iştirak etmək;
  •      Mövcud qanunvericiliklə və Bankın daxili sənədləri ilə nəzərdə tutulmuş digər hüquqlar.


Yenilənmə tarixi: 24.05.2019