Bankın son maliyyə ili üzrə auditini həyata keçirən kənar auditor haqqında məlumat

Grant Thornton Azərbaycan, dünyanın 156 ölkəsində fəaliyyət göstərən və 76,000-dən çox əməkdaşı ilə qlobal miqyasda geniş təcrübəyə malik Grant Thornton International şəbəkəsinin üzvüdür. Grant Thornton şəbəkəsinin 8 milyard ABŞ dolları dəyərində illik gəliri və qlobal kapital bazarlarında, beynəlxalq tənzimləyici orqanlar tərəfindən tanınan nüfuzlu mövqeyi vardır. Grant Thornton dünyada IPO-lar və Russell 2000 auditi üzrə ilk 5 lider şirkət arasında yer alır və 18 ildir ardıcıl olaraq Seramount-un “100 Ən Yaxşı Şirkət” siyahısına daxildir.
2010-cu ildə əsası qoyulmuş Grant Thornton Azərbaycan, kiçik və orta müəssisələrin inkişafında mühüm rol oynayaraq onları beynəlxalq səviyyəli uğurlu şirkətlərə çevrilməyə dəstək olub. İstər yerli, istərsə də beynəlxalq hədəflər üçün Grant Thornton müştərilərinə böyümə potensiallarını reallaşdırmaqda dəstək olur.
Grant Thornton Azərbaycan, audit, vergi və məsləhət xidmətlərində müştərilərinə yüksək səviyyədə dəstək göstərir. Bakı şəhərində yerləşən ofisimiz özəl və dövlət müəssisələrinə, ictimai və maliyyə sektoruna geniş spektrdə xidmətlər təqdim edir. Beynəlxalq standartların tətbiqi və yerli bazara uyğunlaşma ilə unikal və müasir həllər təklif edir.
Grant Thornton Azərbaycan, ACCA Təsdiqli İşəgötürən statusuna malikdir.

Yenilənmə tarixi: 22.01.2025