Ziraat Bank Azərbaycan Açıq Səhmdar Cəmiyyəti 15 May 2015-ci il tarixdən Əmanətlərin Sığortalanması Fondunun üzvüdür. Əmanətlərin Sığortalanması Fondu tərəfindən qəbul edilmiş qərara əsasən milli valyutada olan qorunan əmanətlər üzrə illik faiz dərəcəsinin yuxarı həddini 12%, xarici valyutada isə 2,5% müəyyən edilib. Bu faizdən yuxarı faiz dərəcəsi ilə yerləşdirilən əmanətlər qorunmur və bu əmanətlərə görə kompensasiya ödənilmir.
2016-cı il Fevralın 1-dən qüvvədə olan fiziki şəxslərin əmanəti üzrə ödənilən illik faiz gəlirləri, gəlir vergisindən azad edilməsi müddəti 7 il, yəni 2023-ci ilin fevralınadək uzadılmışdır.
Standart Əmanət Məhsulu
Pul vəsaitlərinizi artırmağın yollarını axtarırsınız? O zaman Ziraat Bank Azərbaycan ASC sizlərə aşağıdakı şərtlərlə əmanət məhsulu təklif edir.
Minimum Əmanət Məbləği |
1.000 AZN/USD/EUR |
Minimum Əmanət Müddəti |
AZN, USD valyutalı əmanətlərdə 3 ay, EUR valyutalı əmanətlərdə 12 ay |
Maksimum Müddət |
36 ay |
Faizlərin Ödəniş Şəkli |
Aylıq, üç ayda bir, altı ayda bir və müddət sonunda |
Müddətin Uzadılması |
Müqavilədə müəyyən olunan müddətin bitdiyi sonuncu gün əmanət Əmanətçi tərəfindən geri götürülmədikdə, müqavilə eyni şərtlərlə həmin tarixdən, lakin həmin günə Bankda qüvvədə olan faiz dərəcəsi tətbiq olunmaqla uzadılır. |
Əmanətin Vaxtından Əvvəl Götürülmesi |
Əmanət müqaviləsinə müştəri tərəfindən vaxtından əvvəl xitam verilməsi zamanı, o günə kimi müştəriyə ödənilmiş faizlər əmanətin ana məbləğindən silinir və müştəriyə AZN valyutalı əmanətlər üzrə 0.5%, USD valyutalı əmanətlər üzrə 0.1%, EUR valyutalı əmanətlər üzrə 0.05% illik faiz dərəcəsi üzərindən əmanətin qüvvədə olduğu müddət üçün faizlər hesablanıb ödənir. |