1. Nağd formada olan mükafatlandırma
1.1. Nağd formada olan mükafat sabit və dəyişkən hissələrə bölünür.
1.2. Sabit mükafatın məbləği aşağıdakı faktorlardan asılıdır:
• Əməkdaşın vəzifə əmək haqqısından;
• İşçinin peşəkar səriştəsindən asılı olaraq vəzifə kateqoriyasına uyğun olan əmək haqqı intervalından;
• Əmək haqqı fərqindən;
1.3. Əməkhaqqı matrisinə uyğun strukturların, Bank üçün əhəmiyyətlilik dərəcəsinə uyğun olaraq qiymətləndirilir:
1.4. Mükafatın dəyişkən hissəsinin müəyyən edilməsi həmin bölmələr üçün müəyyən edilmiş məqsədlər çərçivəsində həyata keçirilir.
1.5. Nağd şəklində təqdim olunan mükafatlandırmanın dəyişkən hissəsinin məbləği Bankın ümumi nailiyyətlərindən, onun struktur bölmələri, işçi kollektivləri, ayrılıqda işçilərin səylərindən asılıdır.
1.6. Dəyişkən ödənişlərin məqsədi həm individual, həmdə kollektiv və korporativ məqsədlərin icrasına nail olmağa xidmət edir.
1.7. Mükafatlandırmanın dəyişkən hissəsi fəaliyyətin qiymətləndirilməsi sistemi ilə əlaqələndirilir və aşağıdakı faktorlardan asılıdır:
• əsas fəaliyyət göstəriciləri;
• işgüzar meyarları.
1.8. Bank dəyişkən mükafatlandırmanın ödəniş formalarının risk sahəsi üzrə bankdaxili qaydalara uyğunluğunu təmin edir.
1.9. Əməkdaşın öz xidməti fəaliyyətində yol verdiyi səhvlər olduqda və ya bu səhvlər müəyyən itkilərlə müşayiət olunduqda onun əmək haqqından tutulmaların və ya təqdim edilmiş yalnış məlumatlar müqabilində ödənilən dəyişkən kompensasiyanın geri qaytarılmasına yol verilir.
1.10. Bankın maliyyə vəziyyətinin pisləşməsi zamanı, həmçinin müəyyən edilmiş fəaliyyət kriteriyalarına nail olunmadıqda, bank dəyişkən kompensasiyanın ödənilməsini qismən və ya tamamilə dayandıra bilər (fərdi əməkdaş, qrup və bütövlükdə bank səviyyəsində).
2. Mükafatlandırma sisteminin prinsipləri
2.1. Bankın mükafatlandırılma sıstemi aşağıdakı prinsiplər əsasında qurulub:
- Adekvatlıq – qanunvericiliyə, qabaqcıl beynəlxalq təcrübəyə və Bankın strategiyasına adekvat olması;
- Ədalətlilik - dəqiq ölçülmüş meyarlar əsasında obyektiv qiymətləndirmə ilə işçinin əməyinin ədalətli ödənişi. Ödənişlərinin müəyyən edilməsində hər hansı bir diskriminasiyaya yol verilməməsi;
- Balanslaşma- bütün növ mükafatların əsaslandırılmış və nəticəyə əsaslanan ödəniş balansı yaratmağa, həm fərdi, həm də kollektiv əməyi stimullaşdırmağa yönəlməsi;
- Səmərəlilik- mükafatlandırmaya yönəldilən xərclərin Bank üçün adekvat səmərə gətirməsi;
- Uyğunluq- mükafatlandırma sisteminin əmək bazarı səviyyəsinə uyğunluğu;
- Şəffaflıq –mükafatlandırma siyasəti ilə bağlı məlumatların həm işçilərə, həmdə ictimaiyyətə açıqlanması.
Yenilənmə tarixi: 22.05.2019