Təhlükəsizlik

Kart istifadəçiləri üçün təhlükəsizlik qaydaları 

1.Şifrəniz sizin xüsusi məlumatınızdır. Heç kimə deməyin və istifadə edərkən gizli qalmağı üçün lazımi tədbirləri alın və ətrafınızdaki şəxslərin görmədiyindən əmin olun. Şübhələndiyiniz hallarda banka məlumat verin.

2.Kart itirildikdə və ya oğurlandıqda həftə içi 9:00-dan 18:00-dək  *9229 Müştəri xidmətimizə,qeyri iş günlərində (+994 12) 194, (+994 12) 505 21 51 Azerikard-a zəng edərək kartınızı bloklaşdırın. 

3.Kart PIN-kodunu yığarkən diqqətli olun. PIN-kodu üç dəfə ardıcıl səhv daxil etsəniz, kartınız bloklanacaq. Bu halda Banka müraciət edin.

4.Kartınız haqqında məlumatları etibar etmədiyiniz saytlarda istifadə etməyin.

5. Kartınızı kənar şəxslərə verməyin.

6.ATM-dən istifadə edərkən kartınızın PIN-kodunu kənar şəxslərin görməsinə icazə verməyin.

7.Kömək üçün kənar şəxslərə müraciət etməyin.

8.PİN-kodu yadda saxlamaq lazımdır. Əgər yadda saxlamaq çətindirsə, onu kartdan başqa bir yerə qeyd edin.

9.ZiraatBank Azərbaycan İnternet Bankçılığında istifadə etdiyiniz məlumatların gizliliyini qorumaq məqsədiylə lazımi tədbirləri həyata keçirir.