Valyuta risklərinin qarşısının alınması məqsədi ilə istifadə edilən alətlər (hecinq alətləri) Bankın hazırkı açıq valyuta mövqeyi Azərbaycan Respublikasının Mərkəzi Bankının müvafiq qaydaları və normativ limitlər çərçivəsində tənzimlənir. Bank valyuta riskini idarə etmək üçün aşağıdakı hedcləşdirmə əməliyyatlarından istifadə etməkdədir:
SPOT valyuta əməliyyatları, SWAP əməliyyatları, Forvard kontraktları.
Hedcləşdirmə – törəmə maliyyə alətləri, habelə forvard müqavilələri vasitəsilə mübadilə məzənnəsinin dəyişməsindən yarana biləcək itkinin qarşısının alınması.
SPOT valyuta əməliyyatları- iki tərəf arasında, eyni iş günü və ya ertəsi iş günü və yaxud T+2 rejimi üzrə iş günü tarixdə hesablaşma üçün razılaşdırılmış qiymətə başqa bir valyutanın satılmasına qarşı bir valyuta almağa dair bir razılaşmadır. Əməliyyatın həyata keçirildiyi məzənnəyə spot məzənnəsi deyilir.
SWAP əməliyyatları- iki fərqli hesablaşma tarixləri ilə eyni valyutanın digərinə eyni miqdarda alqı-satqısıdır.
Forvard kontraktları- forvard müqaviləsi və ya sadəcə forvard iki tərəf arasında müqavilənin bağlanması zamanı razılaşdırılmış qiymətə bir aktivi müəyyən bir gələcək vaxtda almaq və ya satmaq üçün standart olmayan bir müqavilədir ki, bu da onun törəmə alət növü olmasına dəlalət edir. Forvard tərəflər arasında birjadan kənar bağlanan müqavilədir.