Semereli Deposit

Ziraat Bank Azərbaycan ilə Azərbaycanda daha yeni bir Əmanət Məhsulu! 

“Səmərəli Əmanət” ilə əmanətinizin müddətini özünüz seçin!

Ziraat Bank daim müştərilərinin əməliyyatlarını asanlaşdırmaq və onların yanında olduğunu vurğulamaq məqsədiylə yeni “Səmərəli Əmanət” məhsulunu təqdim edir! Səmərəli Əmanət məhsulu bazarda yeni bir məhsul olaraq, fiziki və hüquqi şəxslərin sərbəst pul vəsaitlərinin səmərəli yerləşdirilməsi üçün nəzərdə tutulmuşdur. Siz həm Bank faizlərindən faydalanmaq həm də, nağd pul ehtiyyacınızın yaranma riskini azaltmaq istəyirsinizsə bu əmanət məhsulu tam olaraq sizin istəklərinizə xitab edəcək. Sözügedən məhsulla siz qısamüddətli nağd pul ehtiyacınızın yaranması təqdirində, ödəmə tarixini özünüz müəyyənləşdirə biləcəksiniz. Belə ki, Səmərəli Əmanət məhsulu ilə müddətlər ən az 30 gün olmaqla maksimum 720 günə qədər  müəyyənləşdirilir və müddətin sonunda ödənəcək faizlər müştərini cari hesabına köçürülür.

“Ziraat Bank Azərbaycan” ənənəvi olaraq  müştərilərin istəklərini nəzərə alaraq onların ehtiyyaclarını qarşılayacaq və ən çətin məqamlarda onlara dəstək olacaq məhsul və xidmətlərin istehsalını həyata keçirir. 

Müddət ( gün) Valyutalara görə illik faiz dərəcəsi
AZN USD EUR
30 3% 1.75% 1.25%
31-60 3.50% 2% 1.50%
61-90 3.75% 2.10% 1.75%
91-180 5.50% 2.40% 2%
181-270 7% 2.60% 2.25%
 271-360 8.25% 3% 2.50%
 361-450 8.50% 3.50% 2.50%
451-540 8.75% 3.75% 2.50%
541-630 9% 3.50% 2.25%
631-720 9.25% 3.25% 2%