Bankkart Business Debit & Platinum Debit

Bankkart Business Debit və Bankkart Business Debit Platinum ilə biznes xərcləriniz tam nəzarət altında!

Şirkətinizin gündəlik maliyyə əməliyyatlarını daha rahat və effektiv idarə etmək istəyirsinizsə, Mastercard növündə təqdim olunan Bankkart Business Debit və Bankkart Business Debit Platinum kartlarını seçərək nağdsız hesablaşmalarınızı sadələşdirə bilərsiniz.

Bu kartlar vasitəsilə şirkətin nağdsız dövriyyələrini həyata keçirə, ezamiyyət və nümayəndəlik xərclərini (mehmanxana, avtomobil icarəsi, bilet sifarişi və s.), təsərrüfat ehtiyaclarını (dəftərxana ləvazimatları və digər gündəlik xərclər), eləcə də müəssisənin əsas fəaliyyəti ilə bağlı ödənişləri rahatlıqla icra edə bilərsiniz.

Bankkart Business Debit kartı biznes xərclərinin sadə və rahat şəkildə idarə olunmasını təmin edir, Bankkart Business Debit Platinum kartı isə daha geniş imkanlar, yüksək limitlər və əlavə üstünlüklərlə maliyyə əməliyyatlarınızı daha çevik şəkildə aparmağa imkan yaradır.

Kartlardan HÖP-də və gömrük məntəqələrində rüsumların sürətli ödənişi, vergi, rüsum və icarə haqlarının ödənilməsi, həmçinin digər biznes ödənişləri üçün də istifadə oluna bilər.

Bankkart Business Debit və Bankkart Business Debit Platinum kartları ilə biznesinizin maliyyə axınlarını optimallaşdırın və bütün xərclərinizi daha rahat idarə edin. 

 

Kart Tarifləri

17.03.2026