İstehlakçı Müraciətləri

Banka müraciət etmək üçün mümkün vasitələr

Müştərilərimiz aşağıdakı formalarda Banka müraciət edə bilərlər:

Şifahi müraciət formasında:

  • həftənin I-V günləri (qeyri-iş günləri istisna olmaqla) saat 9:00-dan 18:00-a kimi Bankın filiallarına yaxınlaşmaqla;
  • birbaşa olaraq (012) 505 56 16 nömrəsinə zəng etməklə.

Yazılı müraciət formasında:

  • Yazılı müraciəti Bankın Baş ofisinə və filialına birbaşa təqdim etməklə;
  • Bankın Bakı şəhəri, AZ1122, Yasamal rayonu, Həsən bəy Zərdabi prospekti, ev 191 ünvanına göndərməklə;
  • Bankın info@ziraatbank.az elektron poçt ünvanına göndərməklə;
  • Bankın https://ziraatbank.az/az saytındakı “İstehlakçı Müraciətləri" bölməsində yerləşdirilən formu doldurmaqla.
  • Bankın sosial şəbəkələrdə rəsmi səhifələrində qeyd etməklə.

Müraciətlərin cavablandırılması müddətləri

Bank tərəfindən daxil olmuş istehlakçı müraciətləri ən geci 10 iş günü müddətində cavablandırılır. Əlavə araşdırma tələb olunduğu hallarda bu müddət 20 iş gününədək uzadıla bilər. Belə hallarda, istehlakçıya:

  • gecikmənin səbəbləri;
  • atılacaq növbəti addımlar;
  • cavabın təqdim olunacağı son tarix aydın və şəffaf şəkildə izah edilir. 

Araşdırma prosesi zamanı əlavə sənədlərin təqdim olunması zəruri olduqda, istehlakçı bu barədə vaxtında məlumatlandırılır və sənədlərin təqdim edilməsi üçün son tarixlər göstərilir.

Mərkəzi Bankla əməkdaşlıq çərçivəsində

İstehlakçı müraciətləri ilə bağlı Mərkəzi Bankdan daxil olan sorğular 10 iş günü müddətində araşdırılaraq cavablandırılır. Əgər Mərkəzi Bank daha qısa müddət tələb edərsə, sorğuda göstərilən müddətə müvafiq olaraq cavabın təqdim edilməsi təmin olunur.

Mərkəzi Bank tərəfindən istehlakçıların bilgiləndirilməsi zəruri hesab olunduqda, müraciətlər ən geci 10 iş günü ərzində cavablandırılır. Əlavə araşdırma tələb edən hallarda bu müddət 20 iş gününədək uzadıla bilər.

İstehlakçı müraciətləri ilə bağlı növbəti mərhələlər

İstehlakçılar müraciətləri ilə bağlı bankın cavabı ilə razılaşmadıqda və şikayətin yenidən araşdırılması məqsədilə:

  • Banka yenidən müraciət edə bilərlər
  • Mərkəzi Banka müraciət edə bilərlər
  • Məhkəməyə müraciət edə bilərlər

Mərkəzi Bankın əlaqə məlumatları

  • Ünvan: AZ1014, Azərbaycan Respublikası, Bakı şəh., R.Behbudov küç. 32,
  • Tel: (+994 12) 493 11 22
  • Faks: (+994 12) 493 55 41
  • Qaynar xətt :(+994 12) 966
  • E-Mail: mail@cbar.az

Bankdaxili qaydalar və qısa icmal

Bank filialları, elektron poçt, şikayət qutuları və sosial şəbəkələr vasitəsilə daxil olan bütün müraciətlər aidiyyəti üzrə Müştəri Məmnuniyyəti Şöbəsi tərəfindən araşdırılır və daha sonra müştərinin müraciətinə cavab verilir.