1. Müşahidə Şurasının Sədri - Hüseyin Özuysal
1973-cü ildə Türkiyənin Konya şəhərində anadan olub. O, Selçuk Universitetinin Biznesin idarə edilməsi ixtisası üzrə magistr təhsilini tamamlayıb. Bank karyerasındaki fəaliyyətinə 1994-cü ildə T.C. Ziraat Bankasında Təlim-tədris Departamentində Kompüter Operatoru kimi başlayıb. Daha sonra ardıcıllıqla Tikinti və Daşınmaz Əmlakın İdarə Edilməsi Departamenti, Satınalma və Xərclərin İdarə Edilməsi Departamenti, Təczihat Xərcləri və Logistika İdarəetmə Departamenti, İnformasiya Texnologiyaları Əməliyyatları Departamentində rəbər vəzifələrdə və “Ziraat İşletme Yönetimi ve Gayrimenkul Geliştirme” A.Ş.-də İdarə Heyətinin Sədri vəzifəsində fəaliyyətini davam etdirib. Hüseyin Özuysal 2020-ci ilin avqust -2022-ci ilin iyul ayları aralığında T.C. Ziraat Bankasında Daxili Əməliyyatlar qrupunun rəhbəri, daha sonra isə 2022-ci ilin iyul - 2023-cü ilin sentyabr ayları aralığında İnsan Resursları qrupun rəhbəri vəzifəsində fəaliyyət göstərib. O, 11 Sentyabr 2023-cü il tarixindən etibarən İnsan Resursları üzrə İdarə Heyəti Sədrinin müavini vəzifəsində çalışır.
Hüseyin Özuysal eyni zamanda Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasının sədridir.
2. Müşahidə Şurasının üzvü - Uğur Can Ayqın
2007-ci ildə Akdeniz Universitetinin İqtisadiyyat fakültəsində bakalavr təhsilini tamamlamışdır. Peşəkar karyerasına 2008-ci ildə T.C. “Ziraat Bankası” Daxili Nəzarət və Risklərin İdarə Edilməsi departamentində mütəxəssis olaraq başlamışdır. Daxili Nəzarət və Komplayens departamenti və Risklərin İdarə Edilməsi departamentlərində menecer və direktor vəzifələrini icra edib. Uğur Can Ayqın, 2022-ci il iyul ayından bu günədək Risklərin İdarə Edilməsi departamentinin rəhbəri vəzifəsində çalışır.
Hazırda, həmçinin Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasının üzvüdür.
3. Müşahidə Şurasının üzvü - Kadir Kenan Sever
2003-cü ildə Uludağ Universitetinin İqtisadiyyat və İnzibati Elmlər fakultəsinin İqtisadiyyat Bölümünü bitirib. Peşəkar karyerasına 2003-cü ildə, bankçılıq karyerasına isə 2008-ci ildə T.C. “Ziraat Bankası” Daxili Nəzarət və Risklərin İdarə Edilməsi Qrupunda Daxili Nəzarətçi köməkçisi kimi başlayıb.
2009-2018-ci illər arasında Bankın Təftiş Şurasında müfəttiş, 2018-2021-ci illər arasında Pərakəndə Kreditlərin Ayrılması və İdarə Olunması -1 departamentində müdir, 2021-2025-ci illər arasında Aykosan İkitelli / İstanbul filialında, Fatih / İstanbul filialında və Hadımköy / İstanbul Kommersiya filialında filial müdiri vəzifələrində çalışıb. 2025-ci ildən Pərakəndə Kreditlərin Ayrılması və İdarə Olunması -1 departamentinin rəhbəri vəzifəsində çalışır.
Hazırda, həmçinin Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasının üzvüdür.
4. Müşahidə Şurasının müstəqil üzvü - Şenol Özyurt
1990-ci ildə Orta Doğu Teknik Universitetinin Elektrik və Elektronika mühəndisliyi fakültəsindən məzun olmuşdur. Daha sonra Çankaya Universiteti, THK Universitenin Sosial Elmlər İnstitutunda Menecment üzrə magistratura təhsilini tamamlamışdır. Bank sahəsindəki karyerasına 1991-ci ildə “Halkbank”-ın İnformasiya Texnologiyaları Mərkəzinin Ankara filialında Sistem Analitiki kimi başlamışdır. 2000-ci ildə “Türkiyə İş Bankası”-nın törəmə şirkəti olan “İşnet” şirkətində müdir müavini vəzifəsinə təyin edilmişdir. 2004-cü ildə isə “Fintek A.Ş.”-da Məlumatların Əlaqələndirilməsi müdiri vəzifəsinə təyin edilmişdir
2013-cü ildən “T.C. Ziraat Bankası”-nda İnformasiya Texnologiyalarının Əməliyyatları departamentinin rəhbəri vəzifəsində çalışmağa başlayıb. 2019-cu ildə bank sektorundan ayrılan Şenol Özyurt, “Havelsan A.Ş.”, “Turk Finansal Teknolojı A.Ş.”, “Sekom İletişim Hizmetleri A.Ş.” kimi önəmli biznes qurumlarında yüksək vəzifələrdə çalışmışdır.
Hazırda, Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasının müstəqil üzvüdür.
5. Müşahidə Şurasının müstəqil üzvü - Bülent Tekin
1987-ci ildə Ərzurum Atatürk Universitetinin Ziraat fakültəsindən məzun olmuşdur. Peşəkar karyerasına 1987-ci ildə T.C. “Ziraat Bankası”-nın Bolu filialında Ziraat mühəndisi olaraq başlamışdır. 1997-ci ildə Rize və Ərzincan filiallarında müdir müavini, Zara, Ərzincan, Elmadağ və Kırıkkale filiallarında isə filial müdiri vəzifəsində çalışmışdır. 2020-ci ildə təqaüdə çıxmışdır.
Hazırda, Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasının müstəqil üzvüdür.