Əmək haqqı layihəniz indi daha sərfəli!
Bankımız biznesiniz üçün yeni imkanlar təqdim edir. Əmək haqqı kartı layihəsi üzrə güzəşt kampaniyasına qoşularaq xərclərinizi azaldın və rahat bank xidmətlərindən yararlanın.
Kampaniya çərçivəsində nəzərdə tutulan əsas şərtlər:
1. Əmək haqqı kartlarının pulsuz təqdim edilməsi:
- Standart kartlara (Master Debit Standard / Visa Classic) şamil olunur
- Müddəti maksimum 3 ilə qədər olan kartlara şamil olunur
2. Əmək haqqı layihəsi üzrə hüquqi şəxs və fərdi sahibkarlardan tutulan komissiyaların pulsuz olması:
- Ziraat Bank Azərbaycanın bankomat şəbəkəsini əhatə edən layihələrə şamil olunur
- Kampaniya müddətində qoşulan müştərilərin ilk 3 ay ərzində həyata keçirdiyi köçürmələri əhatə edir
3. Kampaniya üzrə məhdudiyyət:
- Kampaniya çərçivəsində cəlb ediləcək əmək haqqı kartlarının sayı maksimum 3.000 ədəd ilə məhdudlaşdırılmışdır
Kampaniya 31.03.2026 tarixinə qədər qüvvədədir.
18.02.2026