Bankımızın maliyyə hesabatlarına əsasən 2025-ci ilin ilk rübünü 3,6 mln manat xalis mənfəətlə başa vurduq.
Bankımızın aktivləri ötən ilin müvafiq dövrü ilə müqayisədə 22.4% artaraq 909 mln manata yüksəlmişdir.
Bankımızın kredit portfeli ilin əvvəlindən 8.5% artaraq 575 mln. manata çatmışdır. Qeyd edək ki, kredit portfelimizin mühüm hissəsini prioritet istiqamətlərindən hesab edilən biznes kreditlər təşkil edib. Məhz biznes kreditlər üzrə ilin əvvəlindən artım 34 mln manat təşkil edib.
Bankımızın depozit portfeli aktivlərin artımını dəstəkləmişdir. Belə ki, fiziki və hüquqi şəxslərin müddətli depozitləri 9.65% artaraq 263 mln. manat təşkil etmişdir. Ötən bir ildə isə Bankımız tərəfindən ümumi cəlb edilən vəsait 25% artaraq 761 milyon manata çatmışdır.
2025-ci ilin ilk rübündə Bankımızın faiz gəlirləri 7.5 mln manat, ümumi əməliyyat mənfəətimiz isə 6 mln. manat təşkil etmişdir.
Bankın məhsul, xidmət və təklifləri haqqında ətraflı məlumatı həmçinin Instagram, X, Linkedin sosial media kanalları və ya *9229 qısa nömrəsinə zəng edərək əldə edə bilərsiniz.