“Ziraat Bank Azərbaycan” müştəriləri artıq eManat terminalları vasitəsilə AZN valyutasında olan kartlarının və cari hesablarının balansını artıra bilərlər.
Əməliyyatı həyata keçirmək üçün "Bank xidmətləri" səhifəsinə keçid almaq və aşağıda göstərilən məlumatları müvafiq xanalara daxil etmək lazımdır.
• Fiziki şəxs hesabları üzrə əməliyyatlar aparmaq üçün:
Müştəri Kodu (Mono nömrəsi) və şəxsiyyət vəsiqəsinin FİN kodu
• Hüquqi şəxs və sahibkar hesabları üzərindən əməliyyatlar üçün:
Müştəri Kodu (Mono nömrəsi) və VÖEN
Məlumat üçün bildiririk ki, ödənişlər hesabda dərhal əks olunur və hər əməliyyatın minimal limiti 1.00(bir) manat, maksimal limiti isə 10.000.00 (on min) manat təşkil edir.