2023-cü il ərzində göstərdiyimiz fəaliyyətə görə Azərbaycan Banklar Assosiasiyası (ABA) tərəfindən mükafatlara layiq görüldük. Ötən il ərzində həyata keçirdiyimiz layihələrə görə 5 fərqli nominasiya üzrə mükafatlandırıldıq.
Bankımız ötən il ərzində Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr edilən "Bərabərlik dünyamızı birlikdə yaradaq" lozunqu altında əməkdaşların eşitmə və nitq məhdudiyyəti olan müştərilərlə səssiz ünsiyyətin qurulması bacarığının öyrənməsi məqsədilə 2 aylıq təlim keçməsi, Novruz Bayramı münasibəti ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə birlikdə keçirdiyi “Ağac əkmə” aksiyası, Dayanıqlı və Operativ Sosial Təminat (DOST) Agentliyi, Bakı Dövlət Universiteti və Banklar Assosiasiyasının birgə təşkilatçılığı ilə təşkil olunan "Sərhədsiz istedadlar" adlı sərgiyə dəstəyi və digər sosial layihələri üçün “Korporativ sosial məsuliyyət” nominasiyasına layiq görülmüşdür. Həmçinin, Bankımız ötən il ərzində yeni iş fəaliyyətinə başlayan 11 gəncin Türkiyədə fəaliyyət göstərən T.C. Ziraat Bankası A.Ş-in Bankçılıq məktəbinə 40 günlük təlim proqramına göndərdiyi və Azərbaycanda fəaliyyət göstərən Expert Qruplarının "Ziraat Bankası" ilə görüşlərin təşkilinə dəstək göstərdiyi və maliyyə savadlılığının artırılması istiqamətində göstərdiyi digər fəaliyyətləri üçün “Maliyyə Savadlılığı dəstəkçisi” nominasiyasına da layiq görülmüşdür.
Bankımızın Rəqəmsal ödənişlər sahəsində göstərdiyi fəaliyyəti də diqqətə səbəb olub. Belə ki, ötən il ərzində Bankımızın iki tərəfli Bankkart Kredit kartının müştərilərin istifadəsinə təqdim etməsi, Google Pay xidmətinin həm VİSA, həm MasterCard kartlarının istifadəçiləri üçün aktiv etməsi, Türkiyə Cümhuriyyətində baş vermiş fəlakət nəticəsində zərərçəkənlərə yardım etmək istəyən Azərbaycan vətandaşarına müxtəlif həll yollarının təqdim edilməsi üzrə fəaliyyəti üçün Bank “Rəqəmsal ödənişlər sahəsində innovativ layihələrin tətbiqi” mükafatına da Azərbaycan Banklar Assosiasiyası tərəfindən layiq görülmüşdür.
Bankımız şəhid və qazi ailələrinin övladlarının təhsil almalarına dəstəyi üçün “Təhsil dəstəkçisi”, Aztəminatlı ailələrə dəstək məqsədi ilə yaradılan Özünüməşğulluq proqramı çərçivəsində şəhid ailələri, müharibə iştirakçıları və qadın sahibkarlarını müxtəlif sahələrdə iş fəaliyyətlərinə başlamaları üçün yeni avadanlıqlarla təmin etdiyinə görə “Özünüməşğulluq Proqramında iştirak” nominassiyaları üzrə də mükafatlandırılmışdır.
Qeyd edək ki, “Bankçılıq Mükafatları” tədbiri Azərbaycan Banklar Assosiasiyası tərəfindən ildə bir dəfə təşkil edilir və il ərzində bankların fəaliyyəti asossiasiya tərəfindən dəyərləndirilir.
Bankımızın təqdim etdiyi məhsul və xidmətlər haqqında daha ətraflı məlumatı, Bankımızın Facebook, Instagram, Twitter, Linkedin sosial media hesablarından və ya *9229 qısa nömrəsinə zəng edərək əldə edə bilərsiniz.