Bakının Babək Prospektində sayca 8-ci filialımız fəaliyyətə başladı!

Bankımızın 9 illiyi ərəfəsində yeni, sayca 8-ci olan Babək filialımızı müştərilərimizin istifadəsinə təqdim etdik! Açılışda Türkiyə Respublikasının Səfiri Doç.Dr. Cahit Bağcı, Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, millət vəkili Əhliman Əmiraslanov,  millət vəkilləri Nizami Səfərov və İlham Məmmədov,  Azərbaycan Banklar Assosiasiyasının prezidenti Zakir Nuriyev və Ziraat Bank Azərbaycanın İdarə Heyəti sədri Dr. Selçuk Demir rəmzi qırmızı lenti birlikdə kəsərək, “Babək” filialımızı müştərilərin istifadəsinə təqdim etdilər. Yeni filialımızın “Babək Plaza” –da açılmasında məqsəd Bakı şəhərinin Xətai rayonunda yerləşən sahibkarlara keyfiyyətli və operativ bank xidmətlərinin göstərilməsidir.

Dünyanın 17 ölkəsində fəaliyyət göstərən Ziraat Maliyyə Qrupunun üzvü olan Bankımız beynəlxalq ticarətdə istifadə edilən bank məhsul və xidmətlərini öz geniş müxbir şəbəkəsi vasitəsilə təqdim etmək imkanına da sahibdir. Xətai rayonu, Babək prospekti 12A ünvanında yerləşən yeni Babək filialımızda da vurğulanan xidmətlə yanaşı “Bir Bankdan Daha Artıq” şüarına uyğun olaraq həm hüquqi, həm də fiziki şəxslərə geniş çeşidli bank xidmətləri göstəriləcəkdir. Öz müasirliyi və funksionallığı ilə seçilən filialımız həftənin beş günü saat 09:00-dan 17:00-dək müştərilərimizin xidmətində olacaqdır.

Bankın məhsul, xidmət və təklifləri haqqında ətraflı məlumatı həmçinin Facebook, Instagram, Twitter, Linkedin sosial media kanalları və ya *9229 qısa nömrəsinə zəng edərək əldə edə bilərsiniz.