Bankımız 11-ci filialını müştərilərin istifadəsinə təqdim edib

Bakı şəhərində yerləşən, sayca 11-ci olan yeni “Neftçilər” filialımızı müştərilərimizin istifadəsinə təqdim etdik.


Açılış tədbirində Türkiyə Respublikasının Azərbaycandakı səfiri Prof. Dr. Birol Akgün, Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, millət vəkili Əhliman Əmiraslanov, Şimali Kipr Türk Respublikasının Azərbaycan Respublikasındakı nümayəndəsi Ufuk Turqaner, Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov, Aqrar Kredit və İnkişaf Agentliyinin sədri Yalçın Camalov və Bankımızın İdarə Heyətinin sədri Dr. Selçuk Demir rəmzi qırmızı lenti kəsərək bankın Bakı şəhəri, Qara Qarayev prospekti 229 ünvanında yerləşən yeni “Neftçilər” filialını rəsmi şəkildə müştərilərin istifadəsinə təqdim ediblər.


Yeni filialımızın açılış tədbirində həmçinin Milli Məclisin deputatı İlham Məmmədov, Azərbaycan Banklar Assosiasiyasının prezidenti Zakir Nuriyev, ATİB, TÜİB və MÜSİAD kimi qeyri-hökumət təşkilatlarının sədrləri, nümayəndələri və bir çox sahibkarlar iştirak etdilər.
Dünyanın bir çox ölkəsində uğurla fəaliyyət göstərən Ziraat Maliyyə Qrupunun üzvü olan Ziraat Bank Azərbaycan, beynəlxalq ticarətdə istifadə edilən bank məhsul və xidmətlərini geniş müxbir banklar şəbəkəsi vasitəsilə təqdim etmək imkanına sahibdir. “Bir Bankdan Daha Artıq” şüarı ilə fəaliyyət göstərən yeni “Neftçilər” filialımız müasir və funksional infrastruktura malikdir və həftənin 5 günü – saat 09:00-dan 17:00-dək müştərilərin xidmətindədir.


Bankın məhsul, xidmət və təklifləri haqqında ətraflı məlumatı həmçinin Instagram, X, Linkedin sosial media kanalları və ya *9229 qısa nömrəsinə zəng edərək əldə edə bilərsiniz.