Bankımız 23 Aprel Milli Suverenlik və Uşaq Bayramı Günü münasibətilə təşkil olunan tədbirə dəstək oldu

Bankımız Türkiyə Respublikasının Gəncədəki Baş Konsulluğunun təşəbbüsü, Gəncə Şəhər İcra Hakimiyyəti və Gəncə Regional Mədəniyyət İdarəsinin təşkilati dəstəyi ilə hər il ənənəvi olaraq qeyd olunan 23 Aprel Milli Suverenlik və Uşaq Bayramına həsr olunmuş tədbirdə öz dəstəyini əsirgəmədi. Tədbir şəhid və qazi övladları, həmçinin kimsəsiz uşaqlar üçün təşkil olunub.
Bankımızın da dəstəyi ilə uşaqların hər birinə Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasında təşkil olunacaq interakiv-musiqili tamaşaya bilet təqdim olunub.
Həmçinin bayram münasibətilə Türkiyə Respublikasının Azərbaycandakı Səfirliyinin Təhsil müşaviri Nurullah Feyzi Yazıcı və Bakı Türk Anadolu liseyinin şagirdləri Bankımızın qonağı oldular. Bankımız tərəfindən liseyə təqdim olunan səs sitemi avadanlığı hədiyyəmizə təşəkkür etmək məqsədi ilə liseyin şagirdləri hazırladıqları Qərbi Anadoluya məxsus “Zeybek” rəqsini bankımızın əməkdaşlarına təqdim etdilər. Bankımızın İdarə Heyəti sədri Dr. Selçuk Demir uşaqlara təşəkkürünü bildirərək onlara bayram münasibəti ilə kiçik hədiyyələr təqdim etdi.  
Bankımızın təqdim etdiyi məhsul və xidmətlər haqqında daha ətraflı məlumatı, Bankımızın FacebookInstagramTwitterLinkedin sosial media hesablarından və ya *9229 qısa nömrəsinə zəng edərək əldə edə bilərsiniz.