Bankımızda seyf qutusu xidməti təqdim olunan filialların sayı artdı

Qiymətli əşyaların və vacib sənədlərin təhlükəsizliyi üçün istifadə olunan əsas vasitələrdən biri seyf qutuları xidmətini, Bankımız artıq yeni açılmış filialında da müştərilərinə təqdim edir. Bayram günlərində bu xidmətin vacibliyi artmaqdadır. Müştərilərimiz seyf qutuları xidmətindən istifadə edərək, qiymətli əşyalarını və sənədlərini qabaqcıl nəzarət sistemləri ilə təchiz edilmiş və 24/7 mühafizə edilən seyflərdə, tamamilə təhlükəsiz şəkildə saxlaya bilərlər. 
Seyf qutusu xidməti Müştəri Xidmətləri Departamenti və 2023-cü ilin dekabr ayının sonunda açılan yeni Babək filialımızda müştərilərə təqdim edilir. Seyflərin icarə müddəti və ölçülərindən asılı olaraq, tariflər 25-50 AZN arası dəyişir. Seyflərin icarə müddəti isə 1 aydan 12 ayadəkdir.   
Bankımızın təqdim etdiyi məhsul və xidmətlər haqqında daha ətraflı məlumatı, Bankımızın FacebookInstagramTwitterLinkedin sosial media hesablarından və ya *9229 qısa nömrəsinə zəng edərək əldə edə bilərsiniz.