Daha bir yeni filialımız olan Azadlıq filialımız fəaliyyətə başladı!


“Ziraat Bank Azərbaycan” ASC  olaraq 09.04.2021 tarixində 6-cı filialımızın açılışını Bakı şəhərində həyata keçirdik. Məlumat üçün bildiririk ki, “Ziraat Bank Azərbaycan” ASC-nin öncəki Əhməd Rəcəbli filialı 2020-ci ilin Noyabr ayında fəaliyyətə başlamışdı. Həyata keçirdiyimiz aktiv sosial layihələr, inkişaf etdirdiyimiz rəqəmsal bankçılıq, diqqət çəkən kampaniyaları ilə yanaşı filial şəbəkəsini də genişləndirməyə davam edirik. Filialın açılmasında əsas məqsəd ölkənin iqtisadi inkişafına hərtərəfli dəstək olmaqla birlikdə, artan müştəri bazasına daha da keyfiyyətli və operativ xidmət göstərməkdir.
Qeyd edək ki, Bank sayca altıncı filialını  Nəsimi rayonu Azadlıq küçəsində açaraq bankın xidmətlərini müştərilər üçün daha da əlçatan etmişdir.
Bankımızın  "Azadlıq" filialının müştərilərə xeyirli olmasını diləyirik.