Milli Dirçəliş Gününüz Mübarək!

17 Noyabr xalqımız və dövlətimiz tərəfindən "Milli Dirçəliş Günü" olaraq bayram edilir. Azərbaycanın müstəqilliyinə doğru gedən yol 17 noyabrdan - Azadlıq meydanından başlanırdı.

1988-ci il noyabrın 17-də xalq Bakı şəhərində Azadlıq meydanına toplaşmaqla 70 il Azərbaycanı müstəmləkə əsarətində saxlayan Sovet imperiyasına qarşı ilk kütləvi etiraz səsini qaldırdı.

Çox keçmədi ki, tarix öz sözünü dedi.

Azərbaycan yenidən öz müstəqilliyinə qovuşdu. 17 noyabr isə xalqımızın milli-azadlıq hərəkatının başlanğıc günü kimi qeyd olunmağa başladı.

Milli Dirçəliş Gününüz Mübarək!