Ziraat Bank Azərbaycan ASC-nin əməkdaşlarının iştirakı ilə “Müstəqilliyimiz əbədidir” şüarı altında 28 May-Respublika Gününə həsr edilmiş yığıncaq təşkil olunmuşdur.
Tədbirdə Azərbaycanın dövlət himni səsləndirildikdən sonra Vətən uğrunda canlarından keçmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Bankın sədri Avni Demirci çıxış edərək Şərqdə ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin yaradıldığı günün geniş qeyd edilməsinin əhəmiyyətini vurğulayıb, 28 May-Respublika Gününün əlamətdar hadisə olduğunu bildirib. Ölkəmizin müstəqilliyə qovuşmasında dövrün mütəfəkkir şəxslərinin əməyinin sonsuz olduğunu və Azərbaycanın 20-ci əsrin sonlarında yenidən qazandığı azadlığın Ümummilli lider Heydər Əliyev tərəfindən möhkəmləndiyini və bu amalın günümüzdə onun layiqli davamçısı İlham Əliyev tərəfindən inamla davam etdirildiyini vurğuladı. Daha sonra nümayiş olunan təqdimatda müstəqillik tariximizə virtual baxış keçirildi və tədbir bununla sona yetdi.
Azərbaycanın müstəqilliyinin əbədi olması onun güclü iqtisadiyyatından asılıdır və Azərbaycanın yerli bankı olaraq Ziraat Bank Azərbaycan ASC, bundan sonra bu istiqamətdə öz üzərinə düşən vəzifələri daim həyata keçirəcəkdir.