Ziraat Bank Azərbaycan olaraq “MİDA” MMC tərəfindən inşa edilən mənzillərin alınması üçün Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondunun vəsaiti hesabına verilən güzəştli ipoteka kreditlərini təqdim edirik.
- Məbləğ: 100 000 manatadək
- Müddət: 3-30 il
- Faiz dərəcəsi: 4%
- İlkin ödəniş: Min. 10%
- Ödəniş forması: Annuitet
MİDA İpoteka krediti Azərbaycan manatı ilə Azərbaycan Respublikasının vətəndaşlarına təqdim edilir.
Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) sərəncamında olan mənzillərin əldə edilməsi “Elektron hökumət” portalı üzərində (www.e-gov.az ) “Güzəştli mənzil” sistemi vasitəsilə elektron qaydada həyata keçirilir.
Bu növ güzəştli kreditlər kimə təqdim edilir?
“Güzəştli mənzil” sistemində elektron kabinetə sahib olan və həmin sistem vasitəsilə mənzili seçən aşağıdakı şəxslərin bu kreditdən istifadə etmək hüququ var:
Yaşı 35-dək olan gənc ailə üzvləri:
-Şəhidin övladları
-Azərbaycan Respublikasının Vətən Müharibəsi Qəhrəmanının övladları;
-Azərbaycanın Milli Qəhrəmanının övladları;
-Məcburi köçkün və ya ona bərabər tutulan şəxs;
-Ən azı 3 il dövlət qulluğunda qulluq edən, o cümlədən dövlət qulluğunun xüsusi növündə xidmət keçən şəxs;
-Ən azı 3 il dövlət ümumtəhsil müəssisəsində müəllim işləyən şəxs;
-Fəlsəfə doktoru elmi dərəcəsi olan şəxs;
-İdman sahəsində xüsusi xidmətləri olan şəxs (fəxri bədən tərbiyəsi və idman xadimi, ölkə miqyaslı yarışların qalibi (I yer), beynəlxalq miqyaslı yarışların mükafatçısı (I, II və ya III yer);
-Ən azı 5 il jurnalist işləyən və Media Reyestrinə daxil edilmiş şəxs.
Yaşından və ailə vəziyyətindən asılı olmayaraq digər şəxslər:
-Şəhid ailəsinin üzvü (həyat yoldaşı)
-Azərbaycan Respublikasının Vətən Müharibəsi Qəhrəmanı (həyat yoldaşı)
-Azərbaycan Milli Qəhrəmanı (həyat yoldaşı)
-Elmlər doktoru elmi dərəcəsi olan şəxs
-Ən azı 15 il dövlət qulluğunda qulluq edən şəxs, o cümlədən dövlət qulluğunun xüsusi növündə xidmət keçən şəxs
-Ən azı 3 il hərbi xidmətdə olan (müddətli həqiqi hərbi xidmətdə olan hərbi qulluqçulardan başqa), həmçinin ehtiyata və istefaya buraxılmış Azərbaycan Respublikasının hərbi qulluqçuları(“Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 41.0.6-cı, 41.0.7-ci, 41.0.8-ci, 41.0.10-cu, 42.0.3-cü, 42.0.4-cü və 42.0.5-ci maddələrində nəzərdə tutulan hallarda ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçular istisna olmaqla);
-Ən azı 3 il daxili işlər orqanlarında xidmət keçən xüsusi rütbəsi olan şəxs;
-Ən azı 3 il elmi vəzifədə işləyən elmi işçilər;
-Ən azı 15 il dövlət ümumi təhsil müəssisəsində müəllim işləyən şəxs;
-Ən azı 15 il jurnalist işləyən və Media Reyestrinə daxil edilmiş şəxs.
Tələb olunan sənədlər
Hər bir kateqoriya üzrə təsdiqedici sənədlər fərqlidir.
Aşağıda qeyd edilən sənədlər ümumi olaraq hər bir kateqoriya üzrə müraciət edən şəxslərdən tələb edilir:
-Borcalanın (borcalanların) şəxsiyyətini təsdiq edən sənəd və sənədin notarial qaydada təsdiqlənmiş surəti.
-Borcalan evli olduqda həyat yoldaşının şəxsiyyət vəsiqəsinin və nikahın bağlanması (və ya pozulması, həyat yoldaşının ölüm) haqqında şəhadətnamənin notarial qaydada təsdiqlənmiş surəti.
-Borcalan subay olduqda V.V.A.Q.-dan subaylıq haqqında arayış və subaylıq ərizəsi.
-Borcalanla (borcalanlarla) birgə yaşayan yetkinlik yaşına çatmış və yetkinlik
yaşına çatmamış ailə üzvlərinin şəxsiyyətini təsdiq edən sənədlərin notarial qaydada təsdiqlənmiş surəti.
-Borcalanın (borcalanların) ailə tərkibi haqqında arayışı (ASAN xidmətdən).
-Borcalanın güzəştli kateqoriyaya aid olmasını təsdiq edən sənəd.
-Borcalanın (borcalanların) əmək müqaviləsi və onun iş yerinin kadrlar idarəsi tərəfindən təsdiq edilmiş əmək kitabçasının surəti. (hər səhifəsi təsdiqlənməlidir).
-Borcalanın (borcalanların) gəlirlərini təsdiq edən sənədlər (əsas və əgər varsa, əlavə iş yerindən arayış, əmək haqqı kartlarından bank çıxarışları və s.).
-İpoteka predmetinin qiymətləndirmə aktının əsli.
Bütün kateqoriyalar üzrə məlumatlar: MİDA - Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyi