Naxçıvan filialımız Naxçıvan Muxtar Respublikasında xidmət çeşidliyini artırır!

Naxçıvan Muxtar Respublikasında əhalinin aşağı faizli uzunmüddətli kreditlər vasitəsilə yaşayış sahəsi ilə təmin edilməsi, xüsusilə gənc ailələrin mənzil təminatının yaxşılaşdırılması məqsədilə fevral ayının 25-də “Naxçıvan İpoteka Fondu” Açıq Səhmdar Cəmiyyəti ilə Bankımız arasında əməkdaşlıq müqaviləsi imzalanmışdır. Ziraat Bank Azərbaycan indi də Naxçıvan Muxtar Respublikasında müştərilərə sərfəli şərtlərlə ipoteka kreditləri təqdim etməyə başlayıb!


Qeyd edək ki,  Naxçıvan İpoteka Fondu vasitəsilə təqdim edilən kreditlər güzəştli və adi növlərdə müştərilərin istifadəsinə verilir. Adi ipoteka kreditlərinin maksimal məbləği 150 000 AZN, müddət 25 ilədək, faiz dərəcəsi 8% təşkil edir. Güzəştli ipoteka kreditləri üzrə maksimal məbləğ 100 000 AZN, müddət 30 ilədək, faiz dərəcəsi isə 4% təşkil edir.


Bankın məhsul, xidmət və təklifləri haqqında ətraflı məlumatı həmçinin Instagram, X, Linkedin sosial media kanalları və ya *9229 qısa nömrəsinə zəng edərək əldə edə bilərsiniz.