Regionlardakı fəaliyyətimizi genişləndiririk!

Bankımız müştəri yönümlü strategiyası çərçivəsində regionlardakı fəaliyyətini genişləndirməyə davam edir. Quba regional "ASAN xidmət" mərkəzində yerləşən yeni Quba şöbəmizi müştərilərimizin istifadəsinə təqdim etdik.

Yeni açılan Quba şöbəmiz həm fiziki, həm də korporativ müştərilərə gündəlik bank əməliyyatlarının rahat, sürətli və təhlükəsiz şəkildə həyata keçirmək imkanı yaradır. Şöbə müasir tələblərə cavab verən texnoloji avadanlıqlarla təchiz olunub və aşağıda qeyd edilən bir sıra xidmətləri müştərilərimizə təqdim edir:
• Fiziki şəxslərə cari hesabların açılması;
• Hüquqi şəxslər və fərdi sahibkarlara hesabların açılması;
• Əmanətlərin qəbul edilməsi;
• Bankkart sifarişlərinin qəbulu;
• Nağdsız valyuta mübadiləsi əməliyyatları;
• Ölkədaxili və beynəlxalq pul köçürmələri;
• Kredit sifarişlərinin alınması.

Quba regional "ASAN xidmət" mərkəzində fəaliyyət göstərən yeni şöbə müştərilərə sürətli və səmərəli xidmət prinsipləri ilə fəaliyyət göstərir. Əlavə olaraq, rəqəmsal əməliyyatlar üçün xüsusi terminallar quraşdırılıb ki, müştərilər bu avadanlıqlardan istifadə edərək öz hesablarına nağd vəsait yerləşdirə bilirlər.

Quba şöbəsimiz bazar ertəsi-cümə günlər mərkəzin iş rejiminə uyğun fəaliyyət göstərir. 

Bankımızın "ASAN xidmət"-lə əməkdaşlığı çərçivəsində istifadəyə verilən bu şöbə, bankın regionda müştəri xidmətlərini daha da əlçatan və rahat etmək məqsədi daşıyır.

Bankın məhsul, xidmət və təklifləri haqqında ətraflı məlumatı həmçinin Instagram, X, Linkedin sosial media kanalları və ya *9229 qısa nömrəsinə zəng edərək əldə edə bilərsiniz.