Türk Lirəsi valyutasında Bankkart artıq VİSA Platinum növündə!

Bankımız müştərilərinə daha geniş imkanlar təqdim etmək üçün Türk Lirəsi valyutasında Bankkart Visa Platinum kartını istifadəyə təqdim etdi. Yeni kart, xüsusilə Türkiyəyə tez-tez səfər edən, onlayn alış-veriş edən və ödənişlərdə rahatlıq axtaran müştərilərimiz üçün nəzərdə tutulub.

Yeni Bankkart Visa Platinum TL sahibləri bütün ödənişlərini birbaşa Türk Lirəsi ilə həyata keçirə biləcək və bununla da ikili konvertasiya xərclərindən və əlavə konvertasiya komissiyalarından azad olacaqlar. Bundan əlavə, Ziraat Bank Türkiyə ATM-lərindən sərfəli şəkildə nağd vəsait çıxarmaq imkanı əldə edəcəklər.

Bankkart Visa Platinum TL, yalnız bir ödəniş kartı deyil, həm də premium üstünlüklər təqdim edən bir məhsuldur. Kart sahibləri üçün Visa Konsyerj Xidməti çərçivəsində aşağıdakı imkanlar təqdim olunur:
• Dünyanın istənilən nöqtəsində otel və restoran rezervasiyası
• Tədbir biletlərinin alınması, 
• Avtomobil icarəsi və hava limanı transfer xidmətləri,
• Hava limanlarında Fast Track və Fast Line xidmətləri vasitəsilə vaxt itkisinin qarşısının alınması.

Bundan əlavə, Türkiyəyə səyahət edən müştərilərimiz üçün yeni Bankkart Visa Platinum TL pulsuz rouminq xidməti, səhiyyə xərclərində endirimlər və digər eksklüziv imkanlar da təqdim edir.

Kartı əldə etmək üçün müştərilər onlayn müraciət edə və ya şəxsiyyət vəsiqəsi ilə Ziraat Bank Azərbaycan filiallarına yaxınlaşa bilərlər. Yeni Bankkart Visa Platinum TL, 1, 3 və 5 illik müddətə təqdim olunur.

Bununla yanaşı, Bankkart VİSA Klassik kartının da tariflərində bank tərəfindən dəyişikliklər edilib. Müştərilər artıq bu kartı da 1, 3 və 5 illik müddətə əldə edə bilərlər.

Bankımızın təqdim etdiyi məhsul və xidmətlər haqqında daha ətraflı məlumatı, Bankımızın Facebook, Instagram, X, Linkedin sosial media hesablarından və ya *9229 qısa nömrəsinə zəng edərək əldə edə bilərsiniz.