Türkiyə Respublikasının cənub-şərqində bu ilin fevral ayında baş vermiş təbii fəlakət nəticəsində meydana gəlmiş dağıntıların aradan qaldırılması üçün işlər davam edir. Zəlzələnin ağır fəsadlarının aradan qaldırılmasına dəstək vermək məqsədi ilə Ziraat Bank Azərbaycan olaraq zərərçəkənlərə yardım üçün AFAD (Türkiyə Daxili İşlər Nazirliyinin Təbii Fəlakət və Fövqəladə Hallar Agentliyi) fonduna əlavə 400 000 ABŞ dolları köçürərək ümumillikdə ianə edilmiş məbləği 500 000 ABŞ dollarına çatdırdıq.
Xatırladaq ki, təbii fəlakətin baş verdiyi ilk gündən etibarən ölkə vətəndaşları tərəfindən “AFAD” hesabına edilən yardımların operativ və komissiyasız icra edilməsini təmin etmişdik. Həmçinin həmvətənlərimizin ianə etmə üsulları ilə aydın şəkildə tanış olaraq köçürmələrini rahat icra etmələri üçün fərqli izahedici video təlimatlar hazırlayaraq sosial media kanallarımızda da paylaşmışdıq. Bunlardan başqa, “AFAD” qurumunun Azərbaycanda rəsmi hesab açmasına dəstək olaraq ianələrin daha sürətli və rahat çatdırılmasına vasitəçi olduq. Son olaraq qeyd edək ki, maddi yardımla yanaşı, humanitar yardımda da iştirak edərək, əməkdaşlarımız tərəfindən toplanılan yardımların təhvil verilməsində öz dəstəyimizi göstərdik.
Bankımızın təqdim etdiyi məhsul və xidmətlər haqqında daha ətraflı məlumatı, Bankımızın Facebook, Instagram, Twitter, Linkedin sosial media hesablarından və ya *9229 qısa nömrəsinə zəng edərək əldə edə bilərsiniz.