Yeni sayca 7-ci olan “Səməd Vurğun” filialımız fəaliyyətə başladı!

10 fevral 2022-ci il tarixində bankımızın yeni sayca 7-ci olan “Səməd Vurğun” filialımızın açılış tədbiri  baş tutdu. 


Filialımızın açılış tədbirində Türkiyə Respublikasının səfiri Doç.Dr. Cahit Bağcı, Bakı şəhəri Nəsimi Rayonu İcra Hakimiyyətinin başçısı Asif Əsgərov, Şimali Kipr Türk Respublikasının  Bakı təmsilçisi Mustafa Kemal Beyazbayram və sədrimiz Dr. Selçuk Demir filialın açılışını bildirən rəmzi qırmızı lenti birlikdə kəsdilər. 


Filialın açılışında bankın sədri Dr. Selçuk Demir çıxış edərək, filial şəbəkəsinin genişləndirilməsində əsas məqsədin ölkənin real sektoruna hərtərəfli dəstək olmaqla, artan müştəri bazasına daha da keyfiyyətli və operativ bank xidmətlərinin göstərilməsi olduğunu bildirmişdir.


Yeni “Səməd Vurğun” filialımız şəhərin mərkəzində - Səməd Vurğun küç., 53 (World Business Center-in 1-ci mərtəbəsi) ünvanında yerləşir və müasirliyi və funksionallığı ilə yanaşı, digər filiallar kimi bankımızın “Bir Bankdan Daha Artıq” şüarına uyğun olaraq xidmət göstərəcəkdir. Ziraat Bank Azərbaycanın Səməd Vurğun filialı, istər hüquqi, istərsə də fiziki şəxslərə geniş çeşidli bank xidmətlərini göstərəcək. 


Filial həftəiçi hər gün saat 09:00-dan 17:00-dək müştərilərimizin xidmətində olacaqdır!


Bankın məhsul, xidmət və təklifləri haqqında ətraflı məlumatı həmçinin
Facebook, Instagram, Twitter, Linkedin sosial media kanalları və ya *9229 qısa nömrəsinə zəng edərək əldə edə bilərsiniz.