Fəaliyyətimizdə daim sosial yönümlü layihələrə xüsusi önəm verərək bu səfər Ekologiya və Təbii Sərvətlər Nazirliyinin “Yaşıl Gələcək” adlı genişmiqyaslı ağacəkmə layihəsinə qoşulduq. Belə ki, layihə çərçivəsində Xocasən qəsəbəsində baharın gəlişi münasibətilə müştərilərimizin adına 1000-ə yaxın zeytun ağacı əkib və suvarma sistemi quraşdırdıq.
Qeyd edək ki, müştərilərimizin adına qəsəbədə ağacların əkilməsini Bankımızın əməkdaşları övladları ilə birlikdə həyata keçirdi. Beləliklə, mart ayında həyata keçirdiyimiz “Novruz” layihəsinin sonuncu mərhələsi də başa çatdı. Layihə zamanı əməkdaşlarımıza və övladlarına nazirlik tərəfindən ağacların əkilməsinə dair xüsusi təlim də keçirildi. Bankımız uşaqların layihədə iştirakına xüsusi önəm verdi. Uşaqların bu kimi sosial layihələrdə aktiv iştirak etmələrinin və ölkəmizdə sağlam ekoloji mühitin yaradılmasına töhfə vermələrinin təbliğatının çox önəmli olduğunu düşünürük. Bu layihə çərçivəsində isə müştərilərimizə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin “Yaşıl Gələcək” adlı layihəsinə uyğun olaraq hazırlanan xüsusi nömrələnmiş sertifikatlar göndərilmişdi. Hər bir müştəri sertifikatını https://yasilgelecek.az/ saytı vasitəsi ilə yoxlaya və istədiyi qaydada çap edə bilər.
Bankımızın təqdim etdiyi məhsul və xidmətlər haqqında daha ətraflı məlumatı, Bankımızın Facebook, Instagram, Twitter, Linkedin sosial media hesablarından və ya *9229 qısa nömrəsinə zəng edərək əldə edə bilərsiniz.