2023-cü ilin 4-cü rübünə dair maliyyə hesabatları saytımızda yerləşdirilib.
Hesabatlara əsasən bankımızın depozit portfeli 29,46% artaraq 411 mln manatı keçib, kredit portfeli isə 23,1% artaraq 391 mln manata çatıb. Qeyd edək ki, kredit portfelimizin əsas payını verilmiş biznes kreditlər təşkil edir.
2023-cü il ərzində aktivlərimiz 20,38 % artaraq 636 mln manatı keçmişdir. Bankımızın cəmi kapitalı isə 117 mln manata çatmışdır. Ötən il ərzində 25 mln manata yaxın əməliyyat mənfəəti qazanmışıq, bu da 2022-ci il ərzində qazanılan əməliyyat mənfəətindən 31,62% artıqdır. Bankımızın xalis mənfəəti isə 2022-ci il ilə müqayisədə 12,61% artaraq 8.513 mln təşkil etmişdir.
2023-cü il ərzində Azərbaycan Respublikası İpoteka və Zəmanət fondu ilə əməkdaşlığımız da uğurla inkişaf etmişdir. Belə ki, fondun vəsaitləri hesabına verilmiş ipoteka kreditləri 2022-ci ilin sonu ili müqayisədə 70% artaraq 6.5 mln manata çatmışdır.
Bankımızın təqdim etdiyi məhsul və xidmətlər haqqında daha ətraflı məlumatı, Bankımızın Facebook, Instagram, Twitter, Linkedin sosial media hesablarından və ya *9229 qısa nömrəsinə zəng edərək əldə edə bilərsiniz.