2023-cü ilin 1-ci rübünə dair maliyyə hesabatları saytımızda yerləşdirilib.
Hesabata əsasən bankımızın kredit portfeli ötən ilin müvafiq dövrü ilə müqayisədə 20,4% artaraq 348 mln. manata çatmışdır. Portfelin mühüm hissəsini prioritet istiqamətlərimizdən biri olan və real sektora dəstəyimizi göstərən biznes kreditlər təşkil edib. Belə ki, 2023-cü ilin 2-ci rübündə real sektorun maliyyələşdirilməsinə ayırdığımız vəsaitlər 335 mln. manatı keçib.
Bankımızın depozit portfeli üzrə də əhəmiyyətli artım müşahidə edilib. 2023-cü ilin ilk 6 ayında müştərilərimizin bankımıza etibar etdiyi vəsaitlər ötən ilin ilk altı ayı ilə müqayisədə 98,6% artaraq 452 mln manatı artıq olmuşdur. Əməliyyat mənfəətimiz də ötən ilin müvafiq dövrü ilə müqayisədə 15.4% artaraq 10 mln manatı keçmişdir.
Bankımız 2023-cü ilin ilk altı ayı ərzində 4.128 mln. manat xalis mənfəət əldə etmişdir.
Həmçinin uğurlarımız bununla da bitmir. Belə ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə aktivlərimiz 52.1% artaraq 670 mln manatı keçmişdir.
Bankımızın təqdim etdiyi məhsul və xidmətlər haqqında daha ətraflı məlumatı, Bankımızın Facebook, Instagram, Twitter, Linkedin sosial media hesablarından və ya *9229 qısa nömrəsinə zəng edərək əldə edə bilərsiniz.