Ziraat Bank Azərbaycan 2023-cü ilin I rübünə dair maliyyə hesabatını açıqladı

2023-cü ilin 1-ci rübünə dair maliyyə hesabatları saytımızda yerləşdirilib.
Yayımlanmış hesabatın göstəricilərinə əsasən Bankımızın depozit portfeli ötən ilin müvafiq dövrü ilə müqayisədə 58% artaraq 391 mln. 915 min manatı keçib. 
Kredit portfelimizdə də ötən ilin I rübü ilə müqayisədə 23% artım müşahidə edilib.  Ümumi kredit portfelimizdə diqqət çəkən məqamlardan biri də odur ki, artımın əsas payı hüquqi şəxslərə təqdim etdiyimiz biznes kreditlərinin hesabına düşür. Bu da bizim real sektora olan dəstəyimizin əsas göstəricilərindən biridir.
Həmçinin 2022-ci ilin I rübü ilə müqayisədə cəmi aktivlərimizdə də yüksək artım qeydə alınıb ki, bu da  37,4%  təşkil edərək, göstəricinin 617 mln. 408 min manatı keçməsi ilə nəticələnib.
Bankımızın uğurları bununla da bitmir. Belə ki, hesabata əsasən Bankımızın cəmi kapitalı da son 3 ayda 4% artaraq 110 mln. 653 min manatı keçib. Bankımızda əhəmiyyətli artımın müşahidə edildiyi göstəricilərdən biri də xalis faiz gəliridir. Bu göstərici üzrə artım ötən ilin I rübü ilə müqayisədə 64% təşkil edib və beləliklə, xalis faiz gəliri hesabat dövrü üzrə 6 mln. 957 min manata çatıb.   Fəaliyyətimizin uğurluluğunun əsas göstəricilərindən biri olan xalis mənfəət də əhəmiyyətli dərəcədə artıb. Belə ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə xalis mənfəət 62,63% artaraq 3 mln. 335 min manata yüksəlib. 
Bankımızın təqdim etdiyi məhsul və xidmətlər haqqında daha ətraflı məlumatı, Bankımızın Facebook, Instagram, Twitter, Linkedin sosial media hesablarından və ya *9229 qısa nömrəsinə zəng edərək əldə edə bilərsiniz.