Ziraat Bank Azərbaycan 2024-cü ili uğurlu göstəricilərlə yekunlaşdırıb!

2024-cü ilin yekunlarına dair maliyyə hesabatlarımızı açıqladıq. 
Cəmi aktivlərimiz 921 mln. manatı keçib. Bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 44,7% artıqdır. 2024-cü il ərzində xalis mənfəətimiz isə 14 mln. manatı ötüb, bu da keçən ilin müvafiq dövrü ilə müqayisədə 70,4% artım deməkdir.
Kredit portfelimizdə də nəzərə çarpan artım müşahidə edilib. Belə ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə biznes kreditlərimiz 32,6% artaraq 498 mln manata çatıb, istehlak kreditlərimiz isə 95,4% artaraq 5 mln. manatı keçib.
Kredit portfelində olduğu kimi bankımızın depozit portfelində də müsbət artım tendensiyası davam etdirilib. Bu da müştərilərimizin bankımıza olan inam və etibarın əsas göstəricilərindən biridir. Qeyd edək ki, hesabat dövründə bu istiqamət üzrə portfel ötən ilin eyni rübü ilə müqayisədə 37,5% artaraq 565 mln. manatı ötüb. 
Bankımızın uğurları bununla da bitmir. Belə ki, əməliyyat mənfəətimiz 29,8% artaraq 32 mln. manatı , xalis faiz gəlirləri  isə 19,5% artaraq 36 mln manatı ötüb. Bankımızın qeyri-faiz gəlirləri 31.63% artaraq 20 mln. manata çatıb.
Bankın məhsul, xidmət və təklifləri haqqında ətraflı məlumatı həmçinin Facebook, Instagram, Twitter, Linkedin sosial media kanalları və ya *9229 qısa nömrəsinə zəng edərək əldə edə bilərsiniz.