2024-cü ilin ikinci rübünə dair maliyyə hesabatları saytımızda yerləşdirilib. Bankımız müsbət artım dinamikasını cari rüb ərzində də davam etdirərək müştərilərinin etimadını qazanmağa davam edib.
Hesabata əsasən, cəmi aktivlərimiz 2024-cü ilin ilk altı ayı ərzində 21.4% artaraq 773 mln. manata çatıb. Balans kapitalımız isə ilin əvvəlindən 7.8 % artaraq 126 mln. manatı keçib.
Kredit portfelimiz üzrə də ciddi artım müşahidə edilir. Belə ki, kredit portfelimiz ötən ilin müvafiq dövrü ilə müqayisədə 22.1 % artaraq 425 mln. manata çatıb. Bankımızın prioritet istiqamətlərindən hesab edilən və kredit portfelimizin mühüm hissəsini təşkil edən Biznes kreditlərimiz üzrə artım isə ötən ilin müvafiq dövrü ilə müqayisədə 19,3% təşkil edib. Müştərilərimiz tərəfindən inam və etibarın qazanmasının əsas göstəricilərindən biri olan depozit portfelimiz üzrə də ciddi artım müşahidə edilir. Belə ki, fiziki və hüquqi şəxslərin müddətli depozitlərimiz ötən ilin müvafiq dövrü ilə müqayisədə 43% artaraq 289 mln manatı keçib.
Bankımızın uğurları bununla da bitmir. Belə ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə əməliyyat gəlirimiz 26.6% artaraq 12.9 mln manatı keçib. Hesabatlara əsasən, bankımız 2024-cü ilin ilk altı ayı ərzində 8.1 mln. manat xalis mənfəət əldə edib, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 97% artım olduğunu göstərir.
Bankımızın təqdim etdiyi məhsul və xidmətlər haqqında daha ətraflı məlumatı, Bankımızın Facebook, Instagram, Twitter, Linkedin sosial media hesablarından və ya *9229 qısa nömrəsinə zəng edərək əldə edə bilərsiniz.