2024-cü ilin birinci rübünə dair maliyyə hesabatlarını rəsmi saytımızda yayımladıq.
Yayımlanan maliyyə hesabatlarına əsasən, 2024-cü ilin ilk rübündə 4.4 mln. manat xalis mənfəət əldə etdik, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 30.4 % artıqdır. Əməliyyat mənfəətimiz də ötən ilin ilk rübü ilə müqayisədə 11% artaraq 6 mln. manatı keçmişdir.
Kredit portfelimiz ötən ilin müvafiq dövrü ilə müqayisədə 15.6% artaraq 377 mln. manatı keçmişdir. Qeyd edək ki, kredit portfelinin mühüm hissəsini prioritet istiqamətlərimizdən hesab edilən biznes kreditlər təşkil edib. Depozit portfelimiz üzrə də əhəmiyyətli artım müşahidə edilib. Belə ki, maliyyə nəticələrinə görə 2024-cü ilin ilk 3 ayında müştərilərin bizə etibar etdiyi vəsaitlər ötən ilin eyni dövrü ilə müqayisədə 26,31% artaraq 495 mln. manatı keçmişdir.
2024-cü ilin ilk üç ayı ərzində cəmi aktivlərimiz 16.7 % artaraq 743 mln. manata çatmışdır. Cəmi kapitalımız isə 4% artaraq 121 mln. manatı keçmişdir.
Bankımızın təqdim etdiyi məhsul və xidmətlər haqqında daha ətraflı məlumatı, Bankımızın Facebook, Instagram, Twitter, Linkedin sosial media hesablarından və ya *9229 qısa nömrəsinə zəng edərək əldə edə bilərsiniz.