2024-cü ilin üçüncü rübünə dair maliyyə hesabatlarımızı yayımladıq. Hesabata əsasən biznes kredit portfelimiz ötən ilin müvafiq dövrü ilə müqayisədə 21.1% artaraq 416 mln manat təşkil etmişdir.
Ümumi kredit portfelimiz üzrə də ciddi artım müşahidə edilib. Belə ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə kredit portfelimiz 24.2% artaraq 444 mln manatı keçmişdir.
Depozit portfelimiz üzrə də ciddi artım müşahidə edilir. Belə ki, fiziki və hüquqi şəxslərin müddətli depozitləri ötən ilin müvafiq dövrü ilə müqayisədə 34.5% artaraq 278 mln manatı keçib.
Bankın cəmi aktivləri 2024-cü ilin doqquz ayı ərzində 26.4% artaraq 805 mln. manata çatıb. Balans kapitalımız isə 129 mln. manatı keçib.
Ötən ilin müvafiq dövrü ilə müqayisədə əməliyyat gəlirimiz 30% artaraq 23.4 mln manatı keçib. Ümumilikdə isə 2024-cü ilin ilk doqquz ayı ərzində 11 mln. manat xalis mənfəət əldə etdik. Qeyd edək ki, ötən ilin müvafiq dövründə bankımızın xalis mənfəəti 6,4 milyon manat olub.
Bankın məhsul, xidmət və təklifləri haqqında ətraflı məlumatı həmçinin Facebook, Instagram, Twitter, Linkedin sosial media kanalları və ya *9229 qısa nömrəsinə zəng edərək əldə edə bilərsiniz.