Ziraat Bank Azərbaycan ASC-nin Sumqayıt filialı fəaliyyətə başladı!
“Ziraat Bank Azərbaycan” ASC-nin 4-cü filialını Türkiyənin Xarici İşlər Naziri Mevlüt Çavuşoğlu Sumqayıtda açdı!!
Ziraat Bank Azərbaycan ASC 25.10.2019 tarixində 4-cü filialının açılışını Sumqayit şəhərində həyata keçirmişdir. Açılışda Turkiyə Cumhuriyyətinin Xarici İşlər Naziri Mevlüt Çavuşoğlu , Sumqayıt şəhər İcra Başçısı Zakir Fərəcov, Türkiyənin Azərbaycandakı səfiri cənab Erkan Özoral, Ziraat Bank Türkiyə İdarə Heyəti Üzvü Fevzi Çutur, “Ziraat Bank Azərbaycan” ASC-nin İdarə Heyətinin sədri Avni Demirci, Şimali Kiprin Azərbaycan səfiri Ufuk Turqaner, Azərbaycanlı iş adamları və Azərbaycanda fəaliyyət göstərən Türkiyəli iş adamları da iştirak ediblər.
Türkiyənin Xarici İşlər Naziri Cənab Mevlüt Çavuşoğlu açılışda filialı gəzərək işçilərlə söhbət edərək, Ziraat Bank Azərbaycanın “Bankkart” məsulunu bankın sədri Avni Demircidən qəbul etdi.
“Ziraat Bank Azərbaycan” ASC-nin İdarə Heyətinin Sədri Avni Demirci çıxışında dörd il öncə qurulan Ziraat Bankın 4-cü filialının istehsalat bölgəsi olan Sumqayıt şəhərində açılmasına diqqət çəkdi və Azərbaycanda istehsalatın inkişafına yönəlik addımlara dəstək olmaq məqsədi ilə buranı seçdiyini qeyd etdi.
“Ziraat Bank Azərbaycan” ASC-nin Sumqayıt filialının müştərilərimizə xeyirli olmasını diləyirik.