2022-ci ilin 3-cü rübünə dair maliyyə hesabatları saytımızda yerləşdirilib.
Hesabata əsasən xalis mənfəətimizdə və müştərilərin müddətli depozitlərində əhəmiyyətli artım müşahidə edilmişdir. Ötən ilin sonu ilə müqayisədə cəmi aktivlərimiz 12.3% artaraq 436 mln manata çatıb. Kredit portfeli 29.7% artaraq 300 mln manata yüksəlmişdir. Maliyyə nəticələrinə əsasən fiziki və hüquqi şəxslərin müddətli depozit portfeli 34%-ə yaxın artaraq 121 mln manata çatıb. Həmçinin bankımızın xalis mənfəəti ötən ilin müvafiq dövrü ilə müqayisədə 58%-dən çox artaraq 6 mln manatı keçib.
Təqdim etdiyimiz məhsul və xidmətlər haqqında daha ətraflı məlumatı, Bankın Facebook, Instagram, Twitter, Linkedin sosial media hesablarından və ya *9229 qısa nömrəsinə zəng edərək əldə edə bilərsiniz.