Bankımız yeni, sayca 9-cu olan “Sədərək” filialımızı müştərilərin istifadəsinə təqdim edib. Filialımızın təntənəli açılışı Türkiyə Respublikasının səfiri Doç. Dr. Cahit Bağcı, Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin sədri Orxan Məmmədov, Azərbaycan Banklar Assosiasiyasının prezidenti Zakir Nuriyev, Azərbaycan Türkiyə İş Adamları Birliyinin (ATİB) sədri Mürsəl Rüstəmov, Müstəqil Sənayeçi və İş Adamları Dərnəyinin (MÜSİAD) sədri Rəşad Cabirli, “Azərsun Holdinq” MMC-nin İdarə Heyətinin üzvü Savaş Uzan, Bankımızın İdarə Heyətinin sədri Dr. Selçuk Demirin və bank müştərilərinin iştirakı ilə baş tutdu.
Rəsmi açılış tədbirində çıxış edən Bankımızın İdarə Heyətinin Sədri Dr. Selçuk Demir, Bankımızın Qaradağ rayonunda fəaliyyət göstərən sahibkarlara keyfiyyətli və operativ bank xidmətləri təqdim etməyi və onların sahibkarlıq fəaliyyətlərini, xüsusən də beynəlxalq ticarət əməliyyatlarını, hərtərəfli dəstəkləməyi əsas hədəflərdən biri kimi vurğulayıb. Dr.Selçuk Demir, Ziraat Bank Azərbaycanın ölkənin real sektoruna hərtərəfli dəstək olmaq istəyini bir daha vurğulayaraq, Sədərək Ticarət Mərkəzində yeni filialımzın açılmasının bu məqsədə xidmət etdiyini qeyd edib. Bankımızın İdarə Heyətinin Sədri həmçinin Ziraat Bank Azərbaycanın 10 illik yubileyi münasibətilə cari ilin sonunadək əlavə iki filialımızın açılmasının və bununla filial sayının 11-ə çatdırılmasının planlaşdırıldığını bildirib.
Dünyanın 19 ölkəsində fəaliyyət göstərən Ziraat Maliyyə Qrupunun üzvü olan Bankımız beynəlxalq ticarətdə istifadə edilən bank məhsul və xidmətlərini geniş müxbir şəbəkəsi vasitəsi ilə dünyanın müxtəlif ölkələrinə sərfəli şərtlərlə çatdırmaq imkanına sahibdir. Bankımız, Kiçik və Orta Sahibkarlara akkreditiv, qarantiya məktubları və beynəlxalq ticarətdə istifadə edilən digər bank məhsulları üzrə konsultasiya xidmətləri də göstərir.
“Sədərək” ticarət mərkəzində yerləşən Bankımızın yeni “Sədərək” filialı, “Bir Bankdan Daha Artıq” şüarına uyğun olaraq həm hüquqi, həm də fiziki şəxslərə geniş çeşidli bank xidmətləri təqdim edəcək. Müasirliyi və funksionallığı ilə seçilən bu filialımız, həftənin beş günü saat 09:00-dan 17:00-dək müştərilərinə xidmət göstərəcəkdir.
Bankın məhsul, xidmət və təklifləri haqqında ətraflı məlumatı həmçinin Facebook, Instagram, Twitter, Linkedin sosial media kanalları və ya *9229 qısa nömrəsinə zəng edərək əldə edə bilərsiniz.