2023-cü ilin 3-cü rübünə dair maliyyə hesabatları saytımızda yerləşdirilib.
Hesabata əsasən ötən ilin müvafiq dövrü ilə müqayisədə bankımızım aktivləri 63% artaraq 712 mln manata çatmışdır.
Fiziki və hüquqi şəxslərin müddətli əmanətlərinin ümumi məbləği ötən ilin müvafiq dövrü ilə müqayisədə 70% artaraq 207 mln manata çatmışdır. Bankımızın kredit portfelində də ötən ilin müvafiq dövrü ilə müqayisədə 19,3% artım müşahidə edilib.
Bankımızın qazandığı nailiyyətlərdən biri də qeyri-faiz gəlirlərində olan müsbət dinamikasıdır. Belə ki, qeyri-faiz gəlirlərimiz ötən ilin müvafiq dövrü ilə müqayisədə 17.8 % artaraq 11 mln manata çatıb. Qeyd edək ki, bankımızın faiz gəlirlərində də əhəmiyyətli artım müşahidə edilib. Bu göstərici üzrə artım 47 % təşkil edib.
Maliyyə hesabatına əsasən, bankımız 2023-cü ilin əvvəlindən 6.4 mln manat xalis mənfəət əldə etmişdir.
Bankımızın təqdim etdiyi məhsul və xidmətlər haqqında daha ətraflı məlumatı, Bankımızın Facebook, Instagram, Twitter, Linkedin, Youtube sosial media hesablarından və ya *9229 qısa nömrəsinə zəng edərək əldə edə bilərsiniz.