İqtisadiyyat Nazirliyi və Türkiyənin Azərbaycandakı Səfirliyinin bigə təşkilatçılığı, Ziraat Bank Azərbaycan, TİKA və TÜİB’in dəstəkləri ilə Cocuq Mərcanlı kəndində birgə lahiyələr həyata keçirilmişdir.
İnkişaf lahiyəsi çərçivəsində kənd sakinlərinin məşğulluğunun təmin edilməsi və sosial rifahın yaxşılaşdırılması məqsədilə istixana və arıçılıq təsərrüfatlarının yaradılmışdır. Burada ilk mərhələdə 15 ədəd hər biri 160 m2 sahəyə malik polietilen örtüklü tunel tipli istixanalar qurulub. İstixanalar damcı suvarma sistemi ilə təchiz olunub, istifadəçilərə toxum, gübrə və pestisidlər, bitkilərə qulluq üçün alət və avadanlıqlar verilib. Həmçinin, Birgə həyata keçirilən layihələr çərçivəsində Cocuq Mərcanlıda 15 ailənin hər birinə 10 arı ailəsi olmaqla 150 arı ailəsi verilib. Arı təsərrüfatlarının hər biri 10 ədəd iki mərtəbəli iyirmi çərçivəli yeşiklə, arıçılıq avadanlıqları və materiallarla (gəzdirmə qutusu, qəfəs, fırça, arıcı libası və s.), xəstəliklərə qarşı dərman vasitələri ilə təmin olunub. Bugün artıq layihə çərçivəsində yaradılmış təsərrüfatlarda istehsal edilən məhsullar artıq “Cocuq Mərcanlı” logosu altında satışa çıxarılmışdır. Cocuq Mərcanlıda Türkiyə ilə birgə layihələrin həyata keçirilməsi davam etdirilir. Belə ki, burada daha bir layihənin - suvenir istehsalı müəssisəsinin tikintisinə başlanılıb. Müəssisədə istehsal sahəsi, sərgi zalı, yeməkxana və s. fəaliyyət göstərəcək. Müəssisənin bu ilin sonuna istifadəyə verilməsi nəzərdə tutulur. Bunlarla yanaşı, Cocuq Mərcanlıda Türkiyə ilə daha bir birgə layihə çərçivəsində ilkin mərhələdə 150 başlıq cins heyvandarlıq kompleksinin yaradılması işlərinə başlanılıb. Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində həyata keçirilən birgə layihələrin Azərbaycan - Türkiyə dostluğunun daha bir nümunəsidir.
Ziraat Bank Azərbaycan olaraq sosyal və social - iqtisadi lahiyələrə hər zaman dəstək verməyə hazırıq. Cocuq Mərcanlı’dan sonra da isğaldan qurtarılacaq torpaqlarda buna bənzər lahiyələr etmək və orada olan xalqın inkişafına və o bölgənin inkişafına dəstək vermək üçün qardaş dəstəyi verməyə davam edəcəyik.