Dünyanın 19 ölkəsində fəaliyyət göstərən Ziraat Maliyyə Qrupunun tərkib hissəsi olan Bankımızın Müşahidə Şurasına yeni təyinat olub. Dövri yerdəyişmə planına uyğun olaraq Bankımızın Müşahidə Şurasının sədri Himmet Aksoy öz vəzifəsini Hüseyn Özuysala təhvil verib.
Hüseyn Özuysal peşəkar karyerasına 1994-cü ildən T.C. Ziraat Bankası A.Ş.-də başlayıb. Uzun illər bankda departament rəhbəri, qrup rəhbəri kimi vəzifələrdə çalışan Özuysal, hazırda T.C. Ziraat Bankası A.Ş.-in İnsan Resursları üzrə İdarə Heyəti Sədrinin müavini vəzifəsində çalışır və bank sahəsində zəngin təcrübəyə malikdir.
Bankımızın təqdim etdiyi məhsul və xidmətlər haqqında daha ətraflı məlumatı, Bankımızın Facebook, Instagram, Twitter, Linkedin sosial media hesablarından və ya *9229 qısa nömrəsinə zəng edərək əldə edə bilərsiniz.