Əməkdaşlarımız Türkiyə Ziraat Bankası-nın Türkiyədə fəaliyyət göstərən Bankçılıq Məktəbinin növbəti məzunları sırasında yer alıblar. Onlar 6 həftə ərzində Türkiyə Ziraat Bankası-nın müxtəlif sahələr üzrə ixtisaslaşmış əməkdaşları tərəfindən tədris olunan təlimlərdə iştirak ediblər. Tədris zamanı əməkdaşlarımız makro və mikroiqtisadi siyasət, mühasibat uçotu, hüquq, statistika və şəxsi inkişaf, bankçılıq sahəsinə aid yeniliklər haqqında məlumatlar əldə ediblər. Tədris proqramının son günündə göstərmiş olduqları yüksək nəticələrə görə Türkiyə Ziraat Bankası-nın Analitik Bankçılıq və Məhsul İdarəetmə Qrupunun rəhbəri, həmçinin Ziraat Bank Azərbaycanın Müşahidə Şurasının sədri Dr. İlker Met tərəfindən 2023 Bankçılıq Məktəbi sertifikatı ilə təltif olunublar.
Qeyd edək ki, ənənəvi olaraq mütəxəssislərimizin Türkiyə Ziraat Bankası-nın Türkiyədə fəaliyyət göstərən Bankçılıq Məktəbində bank sahəsinə aid müxtəlif tədris proqramlarında iştirak etmələrini həyata keçiririk. Bununla da əməkdaşlarımız 159 illik tarixə malik olan Ziraat Bankın ixtisaslaşmış kadrlarının təlimlərində iştirak etməklə, onların təcrübələrini dinləyir və bu sahədə inkişaf etməklə, biliklərini Azərbaycanda tətbiq edirlər.
Həmçinin mütəmadi olaraq rəhbər kadrlarımızı və mütəxəssislərimizi müxtəlif təlim və tədris proqramlarına göndərməklə onların Türkiyə, o cümlədən dünyadakı bank sahəsində baş verən yeniliklər və dəyişikliklər barədə məlumatlanmalarını təmin edirik.
Bankımızın təqdim etdiyi məhsul və xidmətlər haqqında daha ətraflı məlumatı, Bankımızın Facebook, Instagram, Twitter, Linkedin sosial media hesablarından və ya *9229 qısa nömrəsinə zəng edərək əldə edə bilərsiniz.