16.07.2019 tarixində Ziraat Bank Azərbaycan ASC-nin baş ofisi Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral, Ziraat Bank Azərbaycan ASC- nin sədri Avni Demirci, Türkiyə Böyük Millət Məclisi (TBMM) Xarici siyasət Komissiyasının sədri Volkan Bozkır, Türkiyəli millət vəkilləri Ahmet Yıldız, İsmayıl Özdemir, Yunus Emre, “Türkiyə və Azərbaycan İş Adamları və Sənayeçilər” İctimai Birliyi (TÜİB), Azərbaycan-Türkiyə İş Adamları Birliyi (ATİB) və Müstəqiil Sənayeçilər və İş Adamları Dərnəyinin (MÜSİAD) rəhbərləri, Azərbaycan İş Qadınları Dərnəyi və bir çox Türkiyəli və Azərbaycanlı iş adamlarının qatılımı ilə həyata keçirilən “Türkiyə Xarici İşlər Komissiyası”nın tədbirinə ev sahibliyi etmişdir.
Görüşü giriş sözü ilə açan bankımızın sədri Avni Demirci Azərbaycan və Türkiyə dostluğundan, iqtisadi və siyasi sahədə əlaqələrindən bəhs etmişdir. Türkiyə və Azərbaycan dövlətləri arasında olan iqtisadi əlaqələrin də genişləndirilməli olduğunu qeyd edən sədr, gömrük sahəsində rüsumların azaldılmalı olduğunu da qeyd etmişdir.
Avni Demirci həmçinin Azərbaycanda yaşayan türk vətəndaşlarının üzləşdiyi problem və çətinliklərdə göstərdikləri köməyə görə Erkan Özoral başda olmaqla Türkiyə səfirliyinin əməkdaşlarına təşəkkürünü bildirmişdir.
Görüşdə çıxış edən Türkiyə səfiri Erkan Özoral Azərbaycanda fəaliyyət göstərən iş adamlarının fəallığından, Azərbaycanın illər boyunca keçdiyi inkişaf dövründən danışmışdır. Səfir Azərbaycanda son aparılan islahatlardan sonra iş adamlarının fəaliyyətində asanlıqlar yarandığını qeyd edərək ölkəyə daha çox yatırım edilməsinin zəruri olduğunu da vurğulamışdır.
Daha sonra çıxış üçün söz alan TBMM-nin Xarici siyasət Komissiyasının sədri Volkan Bozkır Azərbaycanın Türkiyə üçün vacibliyindən bəhs etmiş və qardaş ölkədə faliyyət göstərməyin həm çox məsuliyyətli, həm də çox əlverişli olduğunu vurğulamışdır. Volkan Bozkır Azərbaycanda olan siyasi vəziyyətdən də bəhs edərək Azərbaycanın ərazi bütövlüyünü qısa zamanda bərpa etməsini arzuladığını bildirmişdir.
Volkan Bozkırın çıxışından sonra problemlərini və çətinliklərini danışmaqları həmçinin fikir və təkliflərini bildirmələri üçün iş adamlarına söz verilmişdir. Tədbir ATİB, TUİB, MUSİAD, Azərbaycan İş Qadınları Dərnəyi və digər iş adamlarının çıxışları və qarşılıqlı müzakirəsi ilə davam etmişdir.
Müzakirələrdə Türk məhsulunun Azərbaycana və keçmiş Sovet ölkələrinə gətirilməsində yaranan xərcin azaldılması üçün çalışmaların həyata keçirilməli olduğu qeyd olunmuşdur. Belə ki, məhsulun çatana qədərki xərclərinin azaldılması Türk məhsulunun digər Xəzəryanı ölkələrin bazara gətirdiyi məhsullara qarşı rəqabətdə üstünlük təşkil edəcəyi qeyd olunmuşdur.
Həmçinin müzakirələr zamanı toxunulan digər mövzulardan biri Azərbaycan Türkiyə və digər keçmiş Sovet ölkələrinin ticarətdə xarici pul vahidlərindən deyil, yerli pul vahidlərindən istifadəyə üstünlük verilməsi olmuşdur. Bu mövzu ilə bağlı Ziraat Bank Azərbaycan ASC nin sədri Avni Demirci Ziraat Bankın Türk Lirəsi və Manat dövriyyəsinin 100 000 000 TRY-ni keçdiyini qeyd etmişdir. Avni Demici xarici valyuta yerinə yerli valyutanın istifadə edilməsində Ziraat Bankın həyata keçirdiyi tədbirlərdən, bu mövzuya göstərilən həssaslıqdan da bəhs etmişdir.
Tədbirdə yekun sözü deyən Ziraat Bank Azərbaycan ASC-nin sədri Avni Demirci gömrük, hüquq, vergi və digər sahələrdə aparılan islahatlarda ölkə qanunvericiliyinə uyğun olan gərəkli həssaslığı və dəstəyi göstərmənin son dərəcə vacib olduğu vurğuladı.
Sonda Avni Demirci qatılımları üçün tədbir iştirakçılarına və qonaqlara öz təşəkkürünü bildirmiş, belə tədbirlərin tez-tez həyata keçiriləcəyini də qeyd etmişdir. Tədbir xatirə şəkli çəkilərək sonlandırılmışdır.